Müsavatla AXCP-dən seçkiqabağı saxtakarlıq

img

09-09-2010 [02:42]


Dünən Müsavat Partiyası ilə AXCP arasında seçki blokunun yaradılması ilə bağlı saziş imzalanıb. Sazişdən öncə isə blokun AXCP-Müsavat, yoxsa Müsavat-AXCP olması ilə bağlı püşk atma mərasimi olub. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, püşkatmada saxtakarlıq olub. Bu barədə məlumat verən Müsavat funksionerlərindən birinin sözlərinə görə, püşkatmadan öncə İsa Qəmbərlə Əli Kərimli arasında ?gizli razılaşma? olub: ?Bilirsiniz ki, AXCP ilə Müsavat bəzi dairələrdə razılığa gələ bilmirdilər. İsa bəy Əli Kərimliyə təklif edib ki, Müsavat deputat qrupunun üzvlərini dəstəkləsinlər, əvəzində isə blok AXCP-Müsavat adlandırılsın. Bunun üçün də püşkatma simvolik olaraq keçirilib. Yəni hər iki kağızda AXCP-Müsavat yazılıbmış. Hətta Mustafa Hacıbəyli də püşkatmada AXCP-Müsavat adı çıxanda ?kağızların ikisində də eyni şey yazılmışdı? kimi fikir də söylədi?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA