Tapdıq Abbas Müsavatın yerli təzkilatını parçalayıb yeni partiya yaratmaq istəyir

img

09-09-2010 [02:32]


Xəbər verildiyi kimi, Müsavat Məclisinin son iclasında 81 saylı Beyləqan seçki dairəsindən deputatlığa namizədliyinin ləğv olunması barədə qərar qəbul edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, T.Abbas geri çəkilmək fikrində deyil. Bu barədə MİA-ya məlumat verən Müsavatın Beyləqan rayon təşkilatının fəallarından biri deyib ki, hazırda partiyanın yerli təşkilatında T.Abbasla bağlı Məclisin verdiyi qərardan narazılıq var: ?Hazırda Tapdıq Abbasın tərəfdarları istefa verib yeni partiya Demokratik Müsavat Partiyası yaratmaq istəyirlər. Yeni partiyanın namizədi ki Tapdıq Abbasın namizədliyini irəli sürmək fikrindədirlər. Hələlik Tapdıq Abbas bu prosesdən kənard dayanıb. Amma məndə olan məlumata görə, bu prosesə elə Tapdıq bəyin özü rəhbərlik edir. Sadəcə olaraq, özü kənarda dayanıb ki, ilk vaxtlar adı hallanmasın?.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA