?Reytinq?in baz redaktoru Afiq Mirzəbəyli deputatlığa namizəd olmağı düzünür

img

08-09-2010 [05:33]


?Reytinq? qəzetinin baş redaktoru Afiq Mirzəbəyli parlament seçkilərində iştirak etməyi düşünür. Müstəqil İnformasiya Agentliyinin sualını cavablandıran A.Mirzəbəyli bildirib ki, 2005-ci ildə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd olub. Amma indi MSK-nin seçki dairələrində apardığı dəyişiklik onu da seçki dairəsini dəyişmək məcburyyətində qoyub: ?2005-ci ildə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd seçki dairəsindən deputatlığa namizəd kimi kifayət qədər iş görmüşdüm və bu dəfə həmin dairədəki seçicilərin etimadını qazanmaq mənim üçün daha asan olacaqdı. Lakin Mərkəzi Seşki Komissiyası bu dəfə 124 saylı Şuşa-Füzuli-Xocalı-Xocavənd dairəsini 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsinə çevirib. Bu dairədəki füzulili seçicilər isə 83 saylı Ağcabədi?Füzuli seçki dairəsində səs verəcəklər. Yəni, seçicilərim iki dairə arasında bölünüb. Mənə dəstək verən seçicilərin böyük hissəsi isə 83 saylı Ağcabədi?Füzuli dairəsində olduqları üçün bu dairədən namizəd olamaq məcburiyyətindəyəm. Hər halda, bu dairədə uğur əldə etmək imkanlarım böyükdür?. A.Mirzəbəyli yeni formalaşdırılan 83 saylı Ağcabədi?Füzuli seçki dairəsində real vəziyyəti qiymətləndirib, həmin bölgədəki bəzi seçicilərlə və nüfuzlu şəxslərlə məsləhətləşdikdən sonra namizəd olacağı ilə bağlı qəti qərarı verəcəyini deyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA