"Müsabiqəyə sənəd təqdim etmiş iddiaçıların yaradıcılıq və texniki imkanları öyrənilir" - MTRŞ rəsmisi

img

26-12-2017 [17:29]


"Teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə əsasən lisenziyanın verilməsi haqqında qərar müsabiqə keçirən orqan tərəfindən müsabiqənin elan olunduğu vaxtdan ən geci 60 gün sonra qəbul olunur. Yəni müsabiqənin bitdiyi 16 dekabrdan ən geci 30 gün ərzində Şura iclası keçiriləcək və müsabiqənin nəticəsi elan ediləcək”.

Bunu APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) Hüquq və beynəlxalq əlaqələr şöbəsinin müdiri Nemət Cavadov deyib.

Şöbə müdiri bildirib ki, teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinə əsasən lisenziya üçün müsabiqə keçirilərkən bir sıra şərtlər nəzərə alınır: "Burada iddiaçının göstəricilərinin müsabiqə şərtlərinə uyğunluğu, teleradio yayımını həyata keçirmək üçün iddiaçının yaradıcılıq və texniki imkanları və s. kimi şərtlər mövcuddur. Hazırda bu şərtlər öyrənilir. Şura iclasında da Şura üzvləri tərəfindən bu şərtlərə xüsusi diqqət yetiriləcək və qəbul olunan qərar hər zaman olduğu kimi qanunauyğun və ədalətli olacaq”. 

N. Cavadov qeyd edib ki, MTRŞ-ın 14 noyabr tarixli qərarı ilə ixtisaslaşmış (xəbər) televiziya kanalının açılması üçün ümumrespublika televiziya yayımı üzrə (Bakı şəhəri və Abşeron yarımadasında 31-ci TV yayım kanalı, 1-ci sektor olmaqla) 16 noyabrdan 16 dekabradək elan edilmiş müsabiqədə iştirak etmək üçün "BAKU ART LAB”  MMC,  "Türkel TV” MMC, "MEDİA MASTER” MMC sənədlərini Şuraya təqdim ediblər.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq