Milli Məclisin üzvü AŞ PA-nın iclasına gedir

img

07-09-2010 [02:06]


Milli Məclisin deputatı Aydın Abbasov AŞPA-nın Monitorinq Komitəsinin iclasında iştirak etmək üçün sentyabrın 9-da Parisdə səfərdə olacaq. Milli Məclisin mətbuat xidmətindən MİA-ya verilən məlumata görə, iclasda Ukraynada demokratik təsisatların fəaliyyəti, Serbiya tərəfindən vəzifə və öhdəliklərin yerinə yetirilməsi, Moldovada son vəziyyət və digər mövzularda fikir mübadiləsi aparılacaq. Tədbirdə deputat Aydın Abbasov çıxış edəcək, gündəlikdəki məsələlərə münasibətini bildirəcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA