Rus fotoqraf üzr istədi, adı “qara siyahı”dan çıxarıldı - XİN-dən açıqlama

img

26-12-2017 [15:19]


 Rusiya vətəndaşı, fotoqraf və bloqqer Vladimir Kezlinq Azərbaycanın Rusiyanın Sankt-Peterburq şəhərindəki Baş Konsulluğuna məktubla müraciət edərək adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib. 

Məktubunda V.Kezlinq Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünə, suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib və Azərbaycan hökumətinin müvafiq razılığı olmadan Azərbaycanın işğal edilmiş ərazilərinə səfərinin hər hansı bir siyasi məqsəd güdmədiyini vurğulayıb.

V.Kezlinq Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.

V.Kezlinqin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı”ndan çıxarılmasına dair qərar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:06 17.06.2025

Jurnalist andı... 

00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq