"Aleksandr İvanovun vaxtsız vəfatından çox üzüldüm..." - Əflatun Amaşov

img

21-12-2017 [18:25]


""İnterfaks-Azərbaycan” informasiya agentliyinin baş direktoru Aleksandr İvanovun vaxtsız vəfatından çox üzüldüm. Mərhumun doğmalarına, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verirəm".

Mia.az xəbər verir ki, bunu Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşov deyib.

Onun sözlərinə görə, Aleksandr Alekseyeviç şəxsi keyfiyyətləri ilə örnək sima idi:

"Sadəliyi, səmimiliyi, qayğıkeşliyi ilə seçilirdi. İdeya və prinsiplərinə hədsiz sadiqliyi və bütövlüyü ilə də. Məhz buna görədir ki, uzun müddət təhlükəsizlik orqanlarında çalışmış, ulu öndər Heydər Əliyevin şəxsi mühafizə xidmətinə rəhbərlik etmişdi.

Aleksandr İvanov Azərbaycan Mətbuat Şurasına üzv təşkilatın - "İnterfaks-Azərbaycan” informasiya agentliyinin rəhbəri kimi tədbirlərimizdə yaxından iştirak edirdi. Hərəkət və davranışlarında, ətrafdakılara münasibətdə hər zaman böyüklük, doğmalıq hissi görürdük. Bunun nəticəsidir ki, media cameəsində hörmət və ehtiramla qarşılanırdı.

A.İvanov təhlükəsizlik orqanlarında fəaliyyəti ilə peşəkar olduğu kimi, media sahəsində də peşəkar idi. Jurnalistika prinsiplərini və vətənpərvərliyi vəhdətdə tutmağı bacarırdı. Hadisə və prosesləri özünəməxsus təhlil etmək qabiliyyəti ilə diqqət çəkirdi. Hesab edirəm ki, onun timsalında biz Azərbaycan həqiqətlərinin xaricdəki fəal təbliğatçılarından birini itirdik.

Aleksandr Alekseyeviçin vaxtsız vəfatı jurnalistikamız üçün böyük itkidir. Bir daha mərhumun doğmalarına, əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm.

Allah rəhmət eləsin! Məkanı cənnət olsun!".

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:06 17.06.2025

Jurnalist andı... 

00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq

13:11 15.06.2025

Sabah yağış yağacaq