Vətəndaz və inkizaf Partiyası Məclisinin iclası keçirilib

img

06-09-2010 [11:58]


5 sentyabr 2010-cu il tarixində Vətəndaş və İnkişaf Partiyası (VİP) Məclisinin iclası keçirilib. MİA-nın xəbərinə görə, Azərbaycan Demokrat Partiyasının (ADP) qərargahında keçirilən iclasda təşkilati, cari və noyabrın 7-nə təyin edilmiş Milli Məclisə seçkilərdə partiyanın iştirakı məsələləri müzakirə olunub. VİP-in Məclis üzvləri seçkilər dönəmində partiyanın fəaliyyətinin gücləndirilməsi məqsədilə Siyasi Şuradakı vakant yerlərə seçki keçirilməsinə qərar veriblər. Gizli səsvermə nəticəsində Eldar Həsənov və Şahbala Rəhimov VİP Siyasi Şurasının üzvü seçiliblər. İclasda çıxış edən VİP sədri Əli Əliyev 2010 seçki ilinin əvvəlindən ölkədə və müxalifət daxilində cərəyan edən prosesləri geniş təhlil edib. VİP sədri ?Azadlıq? siyasi blokunun fəaliyyətinə xitam verildikdən sonra Azərbaycan Liberal Partiyası (ALP) ilə münasibətlərin daha da inkişaf etdirildiyini vurğulayıb. Ə.Əliyev VİP ilə ALP parlament seçkilərinə birgə blok halında qatılmaları haqda razılığa gəlindiyini və artıq müvafiq sazişin imzalandığını da diqqətə çatdırıb. Bu məsələ ətrafında müzakərələrə qoşulan Məclis üzvləri VİP-in parlament seçkilərində ALP ilə bir blokda iştirakını, eyni zamanda Azərbaycan Yaşıllar Partiyasının (AYP) və Ziyalılar Birliyinin bu əməkdaşlığa dəstək verməsini müsbət qiymətləndiriblər. VİP Məclisinin iclasında seçkilərlə bağlı zəruri qərarların operativ qəbulu üçün Siyasi Şuraya tam səlahiyyət verilib və qanunvericilikdən irəli gələn digər qərarlar qəbul edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA