Anar porno videodan danışdı, ağladı: “Ən güvəndiyin adamlar bıçağı belindən vurur"

img

28-11-2017 [17:11]


Azərbaycanda repin atası sayılan Anar Nağılbazın yeni klipinin təqdimatı olub.

Mia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, reper təqdimatdan əvvəl onun olduğu iddia edilən porno videoya münasibət bildirib:

"O video ilə bağlı mən sizə çox söz deyə bilməyəcəm. Məhkəməyə verilib. Onlar həm çox yüksək məbləğdə maddi, həm də mənəvi cəzasını alacaqlar. Şübhələndiyim şəxslər var. Yayan xanımlardır. Sizdən qabaq vəkillərimlə görüşürdüm. 50 GB-lıq materiallar var əlimdə. Video tam iftiradır və sübutlarım da var. Nə videodakı mənəm, nə o mənim səsimdir. Onların hamısı qara PR-dır.

Mənim keçmiş xanımının və o tərəfdən danışan heç kimin sözünə inanmayın. Onların hər zaman pulları verilib. Yayboyu uşaqlar mənim yanımda olub. Keçmiş xanımım dünən efirdə çıxıb deyir ki, mən uşaqlarıma baxmamışam. Qalan hər şey məhkəmədə açıqlanacaq. Həyatdı bu. Bir də baxırsan ki, ən güvəndiyin adamlar bıçağı belindən vurur". 

Anar Nağılbaz mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib:

"Mən çox xoşbəxtəm, mənim Aytənim var. Biz bu yaxında evlənəcəyik və o, məni sevir. Toyum mediaya açıq olacaq və Azərbaycanda hələ belə toy olmayıb". 

Reperə dəstək üçün təqdimata gələn Naibə Orucova bu videonun sadəcə qara PR olduğunu söyləyib: 

"Anar son vaxtlarda çox güclü məhəbbət yaşayır. Son bir ayda gözləri parıldayırdı. Bunu götürə bilməyən adamlar edib bunu. Videoya diqqətlə baxsaz, səslər üst-üstə düşmür, mənim məşhur xalım da yoxdur. Və bu kimi bir çox nüanslar var".

Digər xəbərlər
SON XƏBƏRLƏR