“Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir - Açıqlama

img

23-11-2017 [18:12]


"Ulduz” Şokolad fabriki mətbuat nümayəndələrinin övladları üçün ekskursiya təşkil edir.

Şirkətdən Mia.az-a verilən məlumata görə, ekskursiya iştirakçılarına şokoladın istehsalı və tarixi barədə hazırlanmış videoçarx nümayiş olunacaq, uşaqların istehsal sahəsinə gəzintisi təşkil ediləcək. Gəzinti zamanı uşaqlar şokoladların hazırlanması və qablaşdırılmasını canlı izləyə biləcəklər.

Ekskursiya iştirakçılarına hazırlanan məhsullardan yerindəcə dadına baxmağa şəraiti yaradılacaq və onları maraqlandıran suallar cavablandırılacaq.

Xatırladaq ki, ekskursiya 7-15 yaş arası uşaqlar üçün nəzərdə tutulub, son qeydiyyat tarixi isə 30.11.2017-ci il tarixi müəyyən edilib. 

Qeydiyyat üçün Ulduz Fabrikinin rəsmi facebook səhifəsinə müraciət edə və ya (+994) 12 514 3030 daxili 2301 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Digər xəbərlər
SON XƏBƏRLƏR
00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq