23-11-2017 [15:22]
Ləman ƏLƏŞRƏFQIZI,
Əməkdar jurnalist
***
Dostlar hamı sənin yasına tələsir. Mən oturub sənin haqqında yazı yazıram. Bağışla məni Natiq, bu gün gələ bilməyəcəm hüzrünə. Çünki, o yas çadırına soyuqqanlı daxil ola bilmərəm. Ananın ağlar gözünə baxa bilmərəm. Körpə gözləyən həyat yoldaşına "axır qəmin olsun” deyə bilmərəm. O böyük qəminin hələ lap başlanğıcındadır. Atasız körpə böyüdəcək bu vəfasız, stressli dünyada. Onları niyə yetim qoydun, ay Natiq? Bizi niyə yetim qoydun..?!
Əslində, bu günkü köşəmin qəhrəmanı illərin dostu sən yox, Nyu-Yorkda yaşayan bir facebook dostum gənc oğlan olmalıydı. Adını yazmıram, özü belə istəyib çünki. Kimdir o gənc? ABŞ-da təhsil alan bir tələbə. Maşınını satıb, yol pulu edib, gedib orda İT üzrə kollecdə təhsil alan, deməli həm də özünü dolandırmaq üçün işləyən, indi də universitetə hazırlaşan bir həmyerlimiz. Öz halal tələbə pulundan artırıb xərçəngdən əziyyət çəkən jurnalist həmkarımız Ülviyyəyə kömək olmaq istəyib. Mənə yazdı ki, o pulu jurnalist xanımın hesabına köçürə bilmirəm. Sizə göndərsəm, siz ona çatdırarsız?
"Onun böyük ürəyi” haqqında yazmaq istədiyim vaxtda sənin böyük ürəyin özünü ortaya atdı. Niyə ay Natiq? Niyə imkan vermədin ki, mən o gənci "Qalenvagen”li məmur balalarına nümunə göstərərdim? Deyərdim ki, sizin təkərləriniz altında əzilən bu millətin belə oğulları da var. Onlar bir xəstəyə məlhəm ola bilmək üçün öz boğazlarından kəsib ta okeanın o tayından vətənə-ehtiyacı olana yardım edirlər. Tələbə yardımı!
Siz isə hətta 140 sürətlə üstündən keçdiklərinizə insanlıq yardımı belə etmirsiz, onları qanı süzülə-süzülə asfalt üzərində qoyub qaçırsız. Azmı çəkmişdin belə hadisələri, Natiq? Az olmuşdumu mikrafonuna, kamerana əl atanlar, üz-gözünə yumruq atan neçə biləyi havada saxlamışdın? Sonra da çöhrəndəki səmimi gülüşlə, sakit danışığınla, uzun kipriklərini qırpa-qırpa, udquna-udquna yola vermişdin onları.
Efirdə də beləydin. Bir "padvodka”nı oxuyana kimi, azı üç dəfə udqunurdun, boğazın quruyurdu. Boğazımızı qurutdun, Natiq. Dilimiz tutuldu. Balıq kimi lal olduq. Sonuncu dəfə "Gənclik” bağına sellofan torbada gətirdiyin balıqlar vardı ha, bax onlar kimi lal. Gətirmişdin ki, o balıqları qızartsınlar yeyək. Mən dedim ki, bunların boğazına balıq çatar? Az qala bütün "İç xəbər”, "Növbətçi” burdadır, apar evə balıqları..yenə də gülümsəmiş, uzun kipriklərini qırpmış, udquna-udquna nəsə demişdin. Bilsəydim dünyadan belə tez köçəcəksən, dediklərini bir-bir yadımda saxlayardım. Uzun illər qabaq baş vermiş bir hadisəni yadımda saxladığım kimi.
Səhv etmirəmsə bacının toyu idi. "İç xəbər”də işləyirdik. Mən toya 3 yaşlı oğlumla gəlmişdim. Toyun ortasında oğlum ayaqyoluna getmək istədi. Dedin ki, ver, mən aparım, sən otur yeməyini ye. Yanımdakı Azər Qismətə dedim ki, vallah, bu Natiq əla oğuldur, toy sahibi olasan, qonaq-qara qəbul edəsən, hələ bir üstəlik iş yoldaşının uşağının çişinin dərdini də çəkəsən? Elə buna gülürdük ki, bir də gördüm üzün-başın suyun içində gəldin. Rəsulun – oğlumun da əlindən möhkəm-möhkəm tutmusan. Dedim bu nə hal, Natiq? Dedin ki, sənin uşağın dəhşətdir eyy, elə gözləyirdi ki, şalvarını aşağı edim. Zalım balası üz-gözümü necə suladısa….
O qədər gülmüşdük ki, sözlə ifadəsi mümkün deyil. Və onda mən sənə demişdim ki, eybi yox, sən də acığını ondan onun toyunda çıxarsan. Toyda mikrafonu alarsan əlinə, danışarsan bu hadisəni və onu gəlinin yanında biabır edərsən. Gülüşmüşdük.
Gözləmədin Natiq. Rəsul 10-cu sinifdədir, sənin oğlunla eyni yaşda. Nə qalmışdı onların toyuna? Ən uzağı 10 il. 10 ildən sonra sən hələ əsri yarı edəcəkdin, ay Natiq!
Bu gün səhər dərsə gedən oğlum kədərli sifətimi, ağlamaqdan şişmiş gözlərimi görüb məndən soruşdu.
Nə olub, ay ma?
"Natiq əmi öldü, Rəsul.."- dedim.
Hansı? Mən…
Uşağın səsi qırıldı. Sənin ömrün kimi. Sənin ürəyinə nə deyim, Natiq…
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"