Musavat.com-da niyə problemlər yaranıb? - Açıqlama

img

09-11-2017 [16:32]


Bu gün Musavat.com saytında problemlər yaranıb.

Mia.az  xəbər verir ki, bu barədə saytın redaktoru Xalid Kazımlı açıqlama verib.

Onun sözlərinə görə, problem indiyədək rastlaşmadıqları tipdəndir:

"Hörmətli Musavat.com oxucuları! 

Bu dəqiqələrdə saytın açılmasında və yenilənməsində gözlənilməz problem yaşanır. Proqramçılarımız problemi həll etməyə çalışırlar. Problem indiyədək rastlaşmadığımız tipdəndir. Yaxın saatlarda əlavə məlumat verəcəyik.

Sayt rəhbəriyi problemin Avropadan qaynaqlandığını bildirib:

"Avropada yaşanan problem səbəbindən Azərbaycanın, eləcə də Avropanın bir çox saytları, o cümlədən də musavat.com saytı açılmır. Bu, son 10 ilin ən ciddi hadisəsidir. RBX SBG GRA LIM ERI DataCentrlər şöküb. Bizim server də bu DATA Centrlərdən birində yerləşir. Problem indiyədək rastlaşmadığımız tipdəndir. Yaxın saatlarda əlavə məlumat verəcəyik”.

Qeyd edək ki, saat 16.15-dən sayta giriş bərpa edilib.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:06 17.06.2025

Jurnalist andı... 

00:17 17.06.2025

İsrail Livanı da vurdu 

12:58 16.06.2025

Sabah yağış yağacaq