19-10-2017 [08:30]
UEFA Çempionlar Liqasının qrup mərhələsində evdə "Atletiko” ilə qolsuz bərabərə qalan "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.
Mia.az Qol.az-a istinadən xəbər verir ki, təcrübəli mütəxəssis əvvəlcə oyunla bağlı fikirlərini bildirib:
- Bütün futbolçularımı təbrik edirəm. İlk xalımızı Allahın izni ilə qazandıq. Son dəqiqələrə kimi var gücümüzlə mübarizə apardıq. Azarkeşlərimizə də təşəkkür edirəm. Onlar da son dəqiqəyə kimi bizimlə idilər. Məncə, çox vacib xal qazandıq. Fikrimcə, bu xal futbolçularımda turnirin ab-havasını hiss etmək baxımından böyük rol oynayacaq.
- "Qarabağ” bundan öncəki oyunlarda niyə belə çıxış etmirdi? Əvvəlki oyunlarda nə çatışmırdı?
- Bir turnirə yeni başlayanda həyəcan çox olur. Bu gün xal qazanmağımız o demək deyil ki, istədiyimiz oyunu oynadıq. Rəqibin bir neçə real qol fürsəti oldu. Məncə, bu oyunda təcrübə əsas rol oynadı.
- Dino Ndlovu ilə məlum epizodla bağlı danışdız? Ona nə dediniz?
- Dino ilə bu barədə danışmadım. Sadə epizod idi. Məncə, hakim bu epiozodu düzgün dəyərləndirmədi.
- Bu oyunda hücumçular da geri çəkilərək, komandaya müdafiədə kömək edirdilər. Bu amil komandanın bərpasında problem yarada bilər?
- Bəli, futbolçular bu oyunda çox güc itirdilər. Rəqib də hücumçularımızın arxaya çəkilməsində rol oynadı. Bu cür turnirlərdə gərginlik çox olur. Həm Maksim Medvedev, həm də Bədavi Hüseynov zədələndi. Ümumiyyətlə, bu cür oyunlardan sonra futbolçuların bərpası üçün çox vaxt gərək olur. Futbolçularım bu gərginliyə dözdü. Buna görə, sevinirəm. Təəssüf ki, burdakı komandaların hamısı bu cəhətdən bizdən üstündü. Onlar mövsüm ərzində 50-60 belə oyunlara çıxırlar. Futbolçularıma bu oyunda sonadək mübarizə apardıqlarına görə təşəkkür edirəm.
- Donald Gerrye psixoloji cəhətdən bu oyuna hazır idi?
- Onun üçün ağır itkidi. Övlad itirmək ağır dərddi. Komanda olaraq onun yanında olduq. Sadəcə, iki gün bizimlə olmadı. Mənimlə görüşdükdən sonra məşqlərə başladı. Futbol elə oyundu ki, insana ağrı-acıları unutdurur. Bu oyunda bizə köməyi dəydi. Matça yaxşı köklənmişdi. Hava toplarında yaxşı mübarizə apardı.
- Bədavi Hüseynovun zədəsi nə yerdədi?
- Həkimlərin ilkin diaqnozu heç də xoş deyil. Sabah rentgen müayinəsindən keçəcək. Günortaya onun vəziyyətinə tam aydınlıq gələcək.
- "Atletiko”nun son hücumları zamanı hansı hissləri keçirirdiz?
- Düşünəcək bir şey yox idi. Tanış məqamlardı. Həmişə oyuna müəyyən qədər vaxt əlavə olunur. Bədavinin zədələndiyi epizodda müəyyən anlaşılmazlıq oldu. Çünki yan xətt hakimi ofsayd bayrağını qaldırmışdı. Ancaq sonradan gördük ki, hakim həmin epizodda haqlı idi.
- Ndlovu qırmızı vərəqə aldı. Növbəti oyunda onu kim əvəzləyə bilər? Ümumiyyətlə, Dinoya verilən qırmızı vərəqəyə görə UEFA-ya rəsmi müraciət olacaq?
- Elə də çox variantımız yoxdu - Ramil Şeydayev və ya Mahir Mədətov. Oyunu tam analiz etdikdən sonra bu məsələylə bağlı qərar verəcəyik. O ki qaldı Ndlovunun epizoduna, təkrara baxacağıq. Müraciət üçün ehtiyac görmürəm. Çünki bir dəfə müraciət etdik, cavabı da hamınız bilirsiz. Biz bu cür turnirlərdə yeniyik. Digər komandalar bu cür epizodlara öyrəşiblər. Məncə, hər belə epizoda görə UEFA-ya müraciət etməyə gərək yoxdu.
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb
Ziraat Türkiyə Kuboku: "Samsunspor" qalib gəldi
Hindistanda qırıcı təyyarə radardan yoxa çıxıb
Tramp İrandan sonra daha bir ölkədə rejim dəyişikliyinin anonsunu verdi: "Bu, mənim üçün çox kiçik məsələdir"
TRAMP İRANIN BAŞINA NAMİZƏD AXTARIR: "Xameneinin oğlundan lider çıxmaz" - "Rejim tezliklə təslim olacaq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İraq Baş naziri: "Hərbi həll yolları qəbuledilməzdir"
Gürcüstanın Baş naziri İlham Əliyevə zəng edib
Özbəkistan prezidenti İlham Əliyevə zəng edib
Pakistan və Azərbaycan XİN başçıları müzakirə apardı
BƏƏ prezidenti İlham Əliyevə zəng edib
Ərdoğan Azərbaycan prezidentinə zəng edib
İran XİN başçısı Ceyhun Bayramova zəng etdi - XİN açıqladı
Azərbaycan və İsrail XİN başçıları telefonda danışıb
Azər Bağırov: "Bəsit qolların buraxılması təəssüf doğurur" - VİDEO
"Bu hadisə suverenliyimizə qəsd və açıq təxribatdır" - İctimai Birlik Naxçıvana hücumu pislədi
Azərbaycan diasporunun rəhbərinə və bir qrup soydaşımıza hökm oxundu - 10 idən 20 ilədək
Veysəloğlu Şirkətlər Qrupunun sponsorluğu ilə 100 şəhid ailəsi üçün iftar məclisi təşkil olunub - FOTOLAR
İsrail ordusundan Beyrutdakı əhaliyə - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Naxçıvana uçuşlar müvəqqəti dayandırılıb
Gürcüstan XİN başçısı Ceyhun Bayramova zəng edib
Azərbaycan kuboku: "Kəpəz" məğlub oldu - Zədələnən oyunçunun meydandan çıxarılma anı gündəm oldu (VİDEO)
Universitet və kolleclərə sənəd qəbulunun vaxtı uzadılıb