Jurnalist Fikrət Hüseynli Kiyevdə "İnterpol" tərəfindən saxlanıldı - Səbəb bəlli deyil

img

14-10-2017 [13:55]


Fəaliyyəti dayanmış "Azadlıq" qəzetinin keçmiş əməkdaşı, jurnalist Fikrət Hüseynli Kiyev Borispol aeroportunda saxlanılaraq təcridxanaya aparılıb.

O, Azərbaycan hökumətinin İnterpola verdiyi sorğu əsasında saxlanılıb. 

"Azadlıq"ın əməkdaşı ilə telefon danışığında Fikrət Hüseynli bildirib ki, ittihamın məğzi ona bəlli deyil.

Xatırladaq ki, F. Hüseynli Niderland vətəndaşıdır. O, Azərbaycanlı mühacirlər arasında siyasi fəallığı ilə fərqlənir.


Digər xəbərlər
SON XƏBƏRLƏR