06-10-2017 [15:16]
İllərdir futbolumuz azarkeş baxımından əziyyət çəkir. İstər çempionat oyunları, istərsə də, milli komandanın matçlarında boş tribunalar "göz oxşayır”. Dünən Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində son ev oyununa çıxıb. Çexiya ilə üz-üzə gələn komandamızın matçını maksimum 10 minə yaxın azarkeş izləyib.
Həmin 10 minin 7 minini də Rəşad Sadıqovun vida matçı olduğu üçün stadiona gələnlərə yazmaq olar. Kapitanı yola salmaq üçün arenaya üz tutanlar nisbətən stadionun tribunalarında sıxlıq yaratmışdı.
Əslində qarşılaşmaya marağın az olacağı bəlli idi. Bu səbəbdən AFFA da daha düzgün qərar verib qarşılaşmanı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirə bilərdi. Böyük ehtimalla burada azarkeşlərin sayı da kifayət qədər olacaqdı. Çünki Respublika stadionu Olimpiya Stadionu ilə müqayisədə şəhərin mərkəzində yerləşir və fanatların gediş-gəlişi üçün rahatdır.
Ümumiyyətlə, BOS-un "Koroğlu” metrostansiyasından çox uzaqda yerləşməsi və piyada qət edilməli olan uzun yol azarkeş sayına da mütləq şəkildə təsir edir.
Elə "Qafqazinfo”ya danışan azarkeş qruplarının rəhbərləri də bizim dediklərimizi təsdiq edir."Sektor 11” fan-klubunun rəhbəriAtanur Cəfərlioyunun BOS-da keçirilməsini problem kimi görüb: "Birincisi, "Niyə də yox?” layihəsi süquta uğraması. İkincisi, matçın Bakı Olimpiya Stadionunda keçirilməsi problemdir. Çünki yol çox uzaqdır. Üçüncüsü, azarkeş qruplarının matçı boykot etməsi. Biz fan-klub kimi matça yollanmamışdıq. Sadəcə Rəşad Sadıqova görə fərdi şəkildə stadiona getmişdik. Boykotun səbəbi isə çoxdur. Ən əsas səbəb odur ki, milli komanda yenə uğursuz çıxış etdi və qrupda 5-ci yeri tutdu. Digər tərəfdən AFFA-nın işi bizi qane eləmir. 8 komandalı çempionat keçirilir, bölgə klubları Premyer Liqaya buraxılmır. Regionlarda futbolu "öldürürlər”. Bütün bunlar azarkeşləri milli komandadan uzaq salır”.
.jpg)
"Forza Neftçi” azarkeş qrupunun rəhbəri Sübhan Əliyevində narazılıqları eyni istiqamətdə olub: "Milli tskildə yenə də uğursuz çıxış etdi. Yaxşı ki, San-Marino kimi zəif rəqib düşmüşdü və onlar 6 xal qazandı. Digər tərəfdən milli komanda heç baş məşqçi Robert Prosineçkiyə lazım deyil. Bu adam çempionat oyunlarına ancaq məcbur qalanda baxır. Baxsaydı, Məhəmməd Mirzəbəyovun milli komandada nə işi var? Bu futbolçu mənim azarkeşlik etdiyim komandanın oyunçusudur. Amma o mövqedə ölkə çempionatında ən zəiflərdəndir. Millidə çıxış edən futbolçular heyətə dəvət almır. Təmkin Xəlilzadə kimi futbolçunu ehtiyatda saxlayıb Mirzəbəyov oynuyur. Prosineçki ona gələn təkliflərdən sonra millini ciddi saymır. Bəzi futbolçularla da şəxsi problemlərini milli səviyyəsinə çıxarır. Onları komandaya çağırmır. Stadion məsələsi. Tikiblər belə böyük stadion, çox sağ olsunlar. Amma ora azarkeş gəlməyəcək. Tofiq Bəhramov adına Respublika stadionu, "Bakcell Arena” kimi arenalar qalıb qıraqda lazımsız oyunu aparıb BOS-da keçirirlər. İnsanlar əziyyət çəkir o qədər yolu getməkdən. Biz milli matçların ora salınmasına qarşıyıq. Çünki orda komandaya dəstək də vermək olmur”.

Çexiya millisinin futbolçuları da stadiondakı azarkeş sayına münasibət bildiriblər. Onlar bunu AFFA-nın əvvəlcədən düşünməli olduğunu deyiblər. Rəqibin futbolçusuYan Kopiçarenadakı azarkeş sayının heç də xoş hal olmadğını bildirib: " Böyük stadion idi. Neçə azarkeşin olduğunu görmək belə çətindir. Bəs, Azərbaycan tərəfi bunu bilmirdimi? Düşünümürdülər ki, çox az azarkeş gələcək və daha kiçik arena lazımdır? Məncə, itirən onlar oldu. Belə xoş deyil. Amma buna biz heç nə edə bilmərik. Azarkeş çox olanda fantastik ab-hava olur. Matç da daha mübarizəli keçir”.
Çexlərin digər oyunçusu Antonin Barakda narazılığını dilə gətirib: "Demək olar ki, azarkeş yox idi. Matç çox böyük stadionda idi. Biz də burada çox azarkeş olacağını gözləmirdik. Daha kiçik stadionda oyun olsaydı, fərqli ab-hava görərdik”.
Görünən odur ki, milli oyunlarını nə qədər BOS-da keçirəcəksə, azarkeş baxımından əziyyət çəkəcək. Yalnız İtaliya, İspaniya, İngiltərə kimi komandalar bu arenaya gələndə stadionda sıxlıq görmək mümkündür.
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub
Regionda geosiyasi transformasiya və Türk dünyasının tarixi məsuliyyəti - Professor yazır
Bakı metrosunda daha bir qadın maşinist kimi fəaliyyətə başlayıb
Jurnalist Nicat Novruzoğlu vəfat edib
Bir nömrəli səfərbərlik nədir? - MN izah verdi
ABŞ İRANIN YERALTI BAZASINI VURDU - FOTO
Daha bir vəkil Vəkillər Kollegiyasından xaric edilib
İran Tel-Əvivi yeni silahı ilə vurub - FOTOLAR
Qara dənizdə zəlzələ olub - 4 bal gücündə
Müğənni qəzada dünyasını dəyişdi
İstanbulda "xərac" tələb edən kriminal şəxslər saxlanıldı
İsrail və ABŞ-ın İrana hücumu: son 24 saatda nələr baş verdi?
Ermənistan XİN başçısı Ceyhun Bayramova zəng elədi - İranın dron hücumu müzakirə edilib
ABŞ daha bir ölkədəki səfirliyini bağlayıb