Bloqger Mehman Hüseynovun işi yenidən Apellyasiya Məhkəməsinə qaytarıldı - Ali Məhkəmədən gözlənilməz qərar

img

29-09-2017 [12:21]


Bu gün Ali Məhkəmədə blogger Mehman Hüseynov barəsində hökmdən verilən kassasiya şikayətinə baxılıb.
 
APA-nın məlumatına görə, hakim Əli Seyfəliyevin sədrlik etdiyi iclasda qərar elan edilib.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin olunub. İşin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması qərara alınıb.
 
Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev bloqger M. Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.
 
Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M. Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən verilən apellyasiya şikayəti təmin edilməyib.

Digər xəbərlər
SON XƏBƏRLƏR