"Salamnews"un baş redaktoru işdən çıxarıldı

img

29-09-2017 [12:17]


"SalamNews" İnformasiya Agentliyində kadr dəyişikliyi edilib.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, agentliyin şef redaktoru Rəna Əkbərova tutduğu vəzifədən azad edilib.

Qeyd edək ki, R.Əkbərova 2010-cu ilin may ayından 2017-ci ilin sentyabr ayına qədər "SalamNews" İnformasiya Agentliyində şef-redaktor vəzifəsini icra edib.

"SalamNews"dan Unikal.org-a verilən məlumata görə, R.Əkbərova məzuniyyətə gedib.

Xatırladaq ki, "İnteraz" telekanalında da kadr islahatları aparılıb. Tanınmış jurnalist Rəşad Abbasov "İnteraz"ın xəbərlər departamentinin baş redaktoru təyin edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR