Vaqif Aydınoğluya ATV-də yüksək vəzifə verildi - Açıqlama

img

27-09-2017 [16:17]


"Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) Xəbərlər Departamentinin rəhbəri Vaqif Aydınoğluya çalışdığı kanalda yüksək vəzifə verilib.

Mia.az xəbər verir ki, unikal.org-a daxil olan məlumata görə, "Azad Azərbaycan” Müstəqil Teleradio Kompaniyasının (ATV) yeni prezidenti Azər Xəlilov Vaqif Aydınoğlunu kanalın vitse-prezidenti postuna gətirib.

O da bildirilir ki, A.Xəlilov CBC televiziyasının rəhbəri vəzifəsini də daşıdığı üçün hələlik ATV-də icraçı direktor vəzifəsi Vaqif Aydınoğluna tapşırılıb.

Vaqif Aydınoğlu məsələ ilə əlaqədar açıqlamasında təyinatla bağlı rəsmi qərarın olmadığını bildirsə də, hazırda kanalda icraçı direktor vəzifəsini daşıdığını təsdiqləyib:

"Hələlik icraçı direktor vəzifəsini icra edirəm. Amma təyinatla bağlı rəsmi qərar olmadığından bu barədə heç nə deyə bilmərəm”.


***

"Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yanlışdır".

Bunu "Report"a açıqlamasında şirkətin prezidenti Azər Xəlilov deyib. O bildirib ki, hələ heç bir rəsmi təyinat olmayıb: "Ümumiyyətlə, vitse-prezident vəzifəsini hələ ki, heç kim icra etmir. Heç bir şəxsi heç bir vəzifəyə təyin etməmişik. Hələlik yeganə göstəriş odur ki, iş davam edir".

"Təyinatlarla bağlı yayılan xəbərlər səhv, təhrif olunmuş, yanlış məlumatlardır", - deyə, A.Xəlilov əlavə edib.

Qeyd edək ki, bu gün bəzi KİV-lər Vaqif Aydınoğlunun Azad Azərbaycan Müstəqil Teleradio Şirkətinin vitse-prezidenti təyin olunması barədə xəbər yayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR