Dollar yenidən bahalaşa bilər - FED-in uçot dərəcəsini artırma ehtimalı yüksəlib

img

27-09-2017 [11:48]


İnflyasiyanın trayektoriyasındakı qeyri-müəyyənliyə baxmayaraq, Federal Ehtiyat Sistemi (FED) uçot dərəcəsini tədricən artıracaq. 

Bunu FED rəhbəri Canet Yellen Klivlend şəhərində dünənki çıxışı zamanı bildirib.

Yellen qeyd edibki, FED inflyasiyanın səviyyəsi ilə bağlı hesablamalarında qeyri-dəqiqliyə yol verə bilər və əmək bazarı kimi əsas amili diqqətdən yayındıra bilər. Zəif inflyasiya yaradan amillər bir müddət sonra aradan qalxacaq: "İnflyasiya 2% hədəfinə çatana qədər faizlərin bu səviyyədə saxlanılması düzgün olmaz".

Yellen həmçinin əlavə edib ki, "FED çox yavaş hərəkət etməkdən çəkinməlidir".

FED rəhbərinin çıxışından sonra FED-in dekabrın 12-13-də keçiriləcək növbətiiclasında uçot dərəcəsinin artırılması ehtimalı 78%-ə çatıb. Qeyd edək ki, Klivlend iclasından əvvəl bu göstərici 73% olub.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA