"Layihələrimiz Azərbaycana on milyardlarla gəlir gətirəcək" - Rövnəq Abdullayev

img

26-09-2017 [16:49]


"Xaricdə həyata keçirdiyimiz layihələr ölkəmizin ümumi strateji inkişafına xidmət edir və bir neçə il bundan əvvəl götürülən investisiya portfelinin şaxələndirilməsi kursuna əsaslanır".
 
Bunu SOCAR prezidenti Rövnəq Abdullayev bildirib.
 
"Düzgün investisiya strategiyasının nəticəsidir ki, aktivlərimizin dəyəri, şirkətin dövriyyə kapitalı artır. 2007-ci ildən indiyədək SOCAR-ın aktivlərinin ümumi dəyəri 2 dəfədən çox artıb. Hazırda həyata keçirdiyimiz layihələrin başa çatdırılması Azərbaycana on milyardlarla sabit gəlir gətirəcək, ölkəmizin davamlı inkişafına, xalqımızın rifah halının daha da yaxşılaşmasına xidmət edəcək", - deyə o, vurğulayıb.

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:34 16.10.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA