“Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra..." - ATV-nin yeni rəhbəri

img

26-09-2017 [16:01]


"Azad Azərbaycan Teleradio Şirkətinin təsisçisinin qərarına əsasən artıq vəzifəmin icrasına başlamışam”.

Bunu APA-ya açıqlamasında ATV telekanalının yeni rəhbəri Azər Xəlilov deyib.

O bildirib ki, hazırda hazırlıq işləri görülür, telekanaldakı mövcud proqramlar nəzərdən keçirilir.

"Yaradıcı heyətlə söhbət aparıb, tanış olduqdan sonra müəyyən nəticəyə gəlib, ictimaiyyətə əlavə məlumat veriləcək” – A. Xəlilov qeyd edib.

Digər xəbərlər
SON XƏBƏRLƏR