Məhərrəmlik nə vaxt başlayır? - Təqvim açıqlandı

Məhərrəmlik nə vaxt başlayır? - Təqvim açıqlandı

CƏMİYYƏT

29.08.2017, 11:56

Məhərrəm ayının başlanma və Aşura gününün tarixi məlum olub.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) təqvimə əsasən bu il Məhərrəm ayı sentyabrın 22-də başlayır.

Aşura günü isə oktyabrın 1-ə təsadüf edir. Bildirilir ki, ənənəvi olaraq Azərbaycanda Aşura mərasimləri, mövcud qanunvericiliyə əsasən, məscidlərdə, ibadət ocaqlarında və onlara aid ərazilərdə ictimai asayiş qaydalarına riayət olunmaqla keçirilməlidir.

Bununla bağlı QMİ Qazılər Şurasının fitvası da olacaq.

Bu il Qədir-Xum bayramı isə sentyabrın 9-da qeyd ediləcək.

apa

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR