15-08-2017 [23:05]
"Bu gün futbolçularımız və azarkeşlərimiz alqışalayiq idilər. Tam nəticəyə oynayan komandamız və yaxşı azarkeşlərimiz var idi”.
Bu sözləri "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının pley-off mərhələsində "Kopenhagen”ə qalib gəldikləri oyundan (1:0) sonra keçirilən mətbuat konfransında deyib:
- Oyundan öncə də bildirmişdim ki, "Kopenhagen”ə qarşı oynamaq çətin olacaq və belə də oldu. Bir neçə şansımız olsa da, istifdə edə bilmədik. Düşünürəm ki, bu qələbə son nəticə deyil. Çünki "Kopenhagen” öz meydanında mükəmməl futbol oynayır. Bizi çətin 90 dəqiqə gözləyir. Çalıçacağıq ki, səfərdən başıyuxarı dönək”.
- 90 dəqiqə ərzində cəmi 1 əvəzetməyə əl atdınız. Bu, nə ilə bağlı idi?
- Məncə, hər şey yaxşı gedirdi. Sona yaxın daha yaxşı oyandıq, çox top saxladıq. Sonluq göstərdi ki, dəyişikliyə ehtiyac yoxdur.
- Rəqibin baş məşqçisi "Qarabağ”ın şanslarını yüksək dəyərləndirdi. Bu fikirlə razısınızmı?
- Bu komanda bu hesaba hazır komandadı. Bilirsiniz ki, "Kopenhagen” "Vardar”la ilk oyunda məğlub olsa da, cavab oyununda böyükhesablı qələbə qazandı. Qol vursaq da, arxayınlaşmırıq. Məncə, şanslar bərabərdi.
- Rəqibi oyundan öncə analiz etmişdiniz. Gözləmədiyiniz nəsə baş verdi?
- Demək olar ki, nəyi düşünmüşdüksə, onun da şahidi olduq. Biz rəqibin oyununu canlı da izləyə bilərdik, amma onlar başqa futbol oynaya bilərdilər. Bu gün rəqibi daha yaxından tanıdıq və düşündüyümüzdən daha artığını gördük.
- Hakim idarəçiliyindən razı qaldınızmı?
- Mən həmişə idarəçilikdən razı qalmışam. Hakimlik çox çətin peşədi. Hər bir hakimə daha rahat oyun idarə etməyi arzulayıram. Onlar meydanda sakit olmalıdırlar ki, yaxşı oyun idarə etsinlər.
- Dino Ndlovunun zədəsi necədir?
- Deyəsən, yaxşıdı. Ciddi problemə oxşamır. Əgər kiçik zədəsi olsa, ona mütləq istirahət verəcəyik. 1-2 günə kiçik zədəsi olan futbolçuların durumuna aydınlıq gələcək.
- Komandanın ən yeni tarix yazmasına 1 addım qalıb və komanda arxayınlaşa bilər. Bu baxımdan "Slovan”la oyun "Qarabağ” üçün dərs ola bilərmi?
- Bizim üçün hər oyun və hər bir məğlubiyyət təcrübədir. Məğlub olduğumuz, mərhələ keçmədiyimiz oyunlarda məğlub olmasaq da, mərhələ keçməmişik. İldən-ilə komandanın təcrübəsi daha da artır. Sadəcə, bizdə Çempionlar Liqasının təcrübəsi yoxdur. Məncə, futbolçular böyüyüblər, inkişaf ediblər. Cavab oyununa qədər bütün səhvlərimizi analiz etməliyik.
- Çempionlar Liqasının himnini eşitmək Qurban Qurbanov üçün nə deməkdi?
- Mənim üçün məndən daha çox vacib sizlərin eşitməsi oldu. Amma açığı, duyğulandım. Belə bir turnirə addım atmış olduq. Düzdü, Çempionlar Liqasında öncə oynasaq da, bu gün turnirdə mübarizə apardığımızı hiss etdik. Bu himni Azərbaycan xalqına hiss etdirdiyimiz üçün sevinirik.
- Karluş Embalonun "Qarabağ”a transfer olunacağı deyilir. Bu məsələ doğrudur?
- Bir neçə futbolçu ilə danışıq aparırıq. Hətta futbolçuların məxsus olduqları klublara pul da təklif etmişik. Amma əfsuslar olsun ki, hələlik heç nə alınmayıb.
- Növbəti oyunları Olimpiya Stadionunda keçirə bilərsizmi?
- Biz bu stadiona öyrəşmişik. Amma dəqiq bir söz deyə bilmərəm. Bunu gələcək göstərəcək.
- Transferlərlə bağlı çalışmalar nə yerdədi?
- Axtarışlar davam edir. Bir neçə futbolçunun klubuna da transfer pulu təklif etmişik. Əfsuslar olsun ki, hələ alınmır.
Qol.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub