15-08-2017 [17:08]
Azərbaycan Ağır Atletika millisinin baş məşqçisi Tofiq Heydərov vəzifəsindən istefa verib.
O, bu barədə "feysbuk” hesabından paylaşım edib.
Heydərov bunu millidə olan dopinq problemlərinə görə atdığını bildirib:
"Hamıya məlumdur ki, mən və təsis etdiyim şirkətlər ağır atletika idman növünün inkişafına 20 ildir ki, dəstək olur. Bütün bu işlərin nəticəsi özünü Yay Olimpiya Oyunlarında göstərməli idi. Amma təəssüflər olsun ki, neçə illərdir çəkdiyimiz əziyyət süni maneələr yaradılaraq məhv edilir.
Bu idman növündə dopinq "oyunu” bizi vurmaq üçün əla vasitə olub. 2010-cu ildə klublarımızın yeniyetmələri Avropa çempionatında və Yeniyetmələrin Olimpiya Oyunlarında medal qazanandan sonra bu çirkin əməllərə start verildi. Bu uğurlu çıxışlardan sonra 2011-ci ildə keçirilməli olan yeniyetmələrin dünya birinciliyindən ermənilər bizə görə imtina etdi.
Həmən il Peruda keçirilən yarışda 5 medal qazanmaq şansımız var idi. Komandamız tarix yazacaqdı. İlk dopinq oyunu işə düşdü. Bunu idmanımızın içində olan xainlər etdi. Hansısa dərmanları öz məşqçilərimizin əli ilə uşaqlara verdilər və bizə zərbə vurdular. Bu oyunlar dəyişik üsullarla daimdavam edir.
4 il əvvəl artıq yaşlılar arasında dünya çempionatından sonra, 2016-cı ildə Rio Yay Olimpiya Oyunları öncəsi uğur qazanmaq imkanı olan idmançılarımız yenə buna qurban getdilər. Belə şeylərə görə iki dəfə bu idman növünü bağlamağa qərar vermişik.
Son dəfə federasiyamızın prezidenti Cahangir Əsgərov bütün səlahiyyətləri klub rəhbərliyinə həvalə etdi ki, qarşısı alınsın. Bir ildir ki, dopinqlə mübarizə aparmaq üçün nə oyunlara əl atmadıq. Xeyri olmadı. Daxildəki satqınlar, kərtənkələlər öz zəhərlərini idmançılarımıza, balalarımıza verib bizi rüsvay etdilər. İslam Oyunlarında Anastasiya və Hafiz müəllimin kimlərləsə birgə qurduğu oyun mənim birdəfəlik bu idman növündən uzaqlaşmağıma səbəb oldu. Çünki mən həm idmançı və məşqçilərə, həm də IFW prezidenti başqa olmaqla rəhbərlərə söz vermişdim ki, komandamızda dopinq olsa, bu işin içində olmayacağam. Sapı özümüzdən olan baltalar bizi vurmağı bacardı”.
Federasiyadan isə bu məlumatı təsdiqləməyiblər. Bildiriblər ki, rəsmi olaraq heç bir şey yoxdur.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub