14-08-2017 [23:59]
"Azərbaycan bizim ürəyimizdir”.
Bu sözləri İstanbulun Atatürk adına aeroportunda APA-ya verdiyi açıqlamada Londonda keçirilən yüngül atletika üzrə dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medal qazanan Ramil Quliyev deyib.
İstanbulun Atatürk adına aeroportunda dünya çempionu Ramil Quliyev üçün qarşılama mərasimi təşkil edilib. Ramil Quliyev pasport nəzarətini keçəndən sonra Türkiyənin gənclik və idman naziri Osman Aşkın Bak zəng edərək çempionu təbrik edib, gələcək yarışlarda uğurlar arzulayıb.
Ramil Quliyev və məşqçisi Oleq Muxin APA-nın Türkiyə müxbirinin suallarını cavablandırıb:
- Dünyanın ən sürətli adamı Useyn Bolt karyerasına nöqtə qoyanda səhnəyə Ramil Quliyev çıxdı. Səhv dəyərləndirmə olmadı ki?
Ramil Quliyev: Useyn Bolt artıq yarış səhnəsindən çəkildi. Niyə mənim də onun rekordlarını qırmaq və onu keçmək hədəflərim olmasın? İndi bütün gücümlə Avropa çempionu olmaq üçün hazırlaşacağam. Dünya çempionu olmuş bir insanın Avropa çempionluğundan aşağı hədəfi ola bilərmi?.
- Azərbaycana siz hansı mesajı vermək istərdiniz?
Ramil Quliyev: Məşqçim Oleq Muxinin dediyi kimi, Azərbaycan bizim ürəyimizdir. Yarışların hamısına qəlbimdəki Azərbaycan və Türkiyə sevgisi ilə çıxmışam. Mənim üçün həyəcan keçirən, sevincimi paylaşan hamını ürəkdən salamlayıram.
Dünya çempionunun məşqçisi Oleq Muxinin sözlərinə görə, o, Ramil Quliyevin dünya çempionu olacağına həmişə inanıb: "Londondakı çempionata yaxşı hazırlaşdığımız kimi, orada olarkən gündəlik prosesləri çox yaxından izləyirdim. Yarışın hər mərhələsinə uyğun qurduğumuz planı uğurla həyata keçirdik. Yarımfinalda Ramilin çempion olacağına artıq əmin idim. Biz bütün işlərimizi elmi əsaslar üzərində qurduğumuza görə, qələbə uğrunda daha inamla mübarizə aparırıq”.
- Bu özəl gündə Azərbaycana hansı mesajı vermək istərdiniz?
- Oleq Muxin: "Azərbaycan bizim ürəyimizdir. Biz vətənimizi bir an da olsa, unutmuruq. Yay məzuniyyətimizdə Azərbaycana gedirik. Buradan ölkəmizə çox salam göndəririk”.
Xatırladaq ki, İstanbul aeroportundakı qarşılama mərasimindən sonra məşqçi Oleq Muxin və dünya çempionu Ramil Quliyev Ankaraya gediblər.
Prezident Rəcəb Tayyib Ərdoğan15 avqustda O.Muxin və R.Quliyevi qəbul etməsi gözlənilir.
Dünya çempionu Ramil Quliyevin lisenziyalı idmançısı olduğu "Fənərbaxça” klubundan verilən məlumata görə, avqustun 20-də Türkiyə super liqasında oynanacaq "Fənərbaxça" - "Trabzonspor" matçı O.Muxin və R. Quliyevin topa vurmaları ilə başlayacaq.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub