Afət Telmanqızı Space TV-dən getdi - Açıqlama + Səbəb

img

08-08-2017 [23:59]


"Space TV” teleradio şirkətinin "Hər gün” informasiya departamentinin rəhbər əvəzi, tanınmış telejurnalist Afət Telmanqızı işdən azad olunub.

Unikal.org-un "Space TV”-dən əldə etdiyi məlumata görə, Afət Telmanqızı məzuniyyətdən bir neçə gün gec qayıtdığı üçün şirkətin prezidenti Vaqif Mustafayev tərəfindən ona irad bildirilib. Daha sonra V.Mustafayev Afət Telmanqızına bir həftəlik məzuniyyət verdiyini söyləyərək, onu işdən çıxarıb.

"Space” TV-dən tanınmış jurnalist Afət Telmanqızının işdən azad olunmasıyla bağlı yayılan məlumata münasibət bildirilib. 

Kanaldan Unikal.org-a verilən məlumata görə, Afət Telmanqızı şirkətin prezidenti Vaqif Mustafayevin əmriylə işdən azad olunmayıb. Vurğulanıb ki, jurnalist öz ərizəsiylə tutduğu vəzifəni tərk edib.



Digər xəbərlər
SON XƏBƏRLƏR