Erməni yalanları 1800-ci ildən bu yana... - Xülasə

img

28-07-2017 [15:49]


Nifatlı GÖYÇƏLİ


1828-ci il İrəvanın Çar Rusiyası tərəfindən işğalı ilə əlaqədar rusların dəstəyilə xaçpərəst erməni millətinin yazarlarının qarşısında bir missiya dayandı: arxeologiya və mədəniyyət abidələrinin erməniləşdirilməsi naminə elmi-tarixi və bədii əsərlər yazmaq. 

Xaçatur Abovyanın (1805-1848) "Ermənistanın yaraları” romanında Həsən xanın fərraşları tərəfindən Təkun (erməni qızı) adlı bir qız zorla saraya aparılarkən Kanaker kəndindən olan (Kənəkir) Ağasi(erməni) dörd nəfər fərraşları öldürüb qızı azad edir və qaçaq düşür. Rus-İran(Səfəvi) müharibəsinin başlandığını eşidən Ağasi rus ordusuna qoşulub Yerevanın, yəni erməni şəhərinin (əsl adı İrəvanın) azadlığı uğurunda vuruşmalarda iştirak edir...”aşxarabar”dilində yazılmış bu roman 1850-ci illərdən erməni kilsə təhsilində dərs vəsaiti kimi tədris edilərək qrammatiq qüruluşu və söz tərkibinin 60% türk "morfem”lərinə əsaslanan müasir erməni dilinin formalaşmasında, erməni tarix anlayışına İrəvanın erməni şəhəri(Yerevan) olduğunu yerləşdirməkdə mühüm rol oynamışdır. Həmin əsər XIX əsrin yarsından başlayaraq fransız, rus, alman və s. dillərə tərcümə edilmişdir, Avropa mətbuatında qədim erməni şəhərinin "Yerevan” olduğu haqqında erməni yazarlar tərəfindən bir sıra məqalələr də dərc edilmişdir. 1960-cı illərdə Ermənistan axeoloqları bu yalanlar əsasında 2700 tarixli "Erebuni” şəhərinin maketini quraşdıraraq dünyaya car etilər ki, ermənilər qədim şəhər dövləti mədəniyyətinə malik bir xalqdır və s...

1988-ci ildə Almaniyada (ABŞ kəşfiyyat planı üzrə) erməni diasporunun təşkilatçılığı ilə Tessa Hofman "Vətən uğurunda yenidən qan axır” adlı qərəzli bir məqalə ilə "Zeit magazin” jurnalında çıxış etdikdən sonra, yəni Artsağ erməni "vətənində” ermənilər türklər tərəfindən qətlə yetirilir... eyni zamanda həmin məqalə rus-erməni mətbuatında da dərc edilirdi...Alman türkoloqu Əhməd Şmidenin S. Əlyarova və B. Vahabzadəyə müraciətindən sonra əldə olunan tarixi həqiqətlər əsasında Əhməd Şmide "Die Zeit” jurnalına müraciət edərək Tessa Hofmanın erməni yalanlarını ifşa etmişdir. Fəqət nə faydası, Zori Balayanın "Oçaq” kitabı da zaman-zaman Alban tarixininin arxeologiya, paleoqrafiya, heraldika, numuzmatika sahələri üzrə erməniləşdirilmiş mənbələrinə əsaslanaraq dünyaya yayıldı...İndi ABŞ və Avropada yeri gəldikcə, polemikalarda Qarabağı qədim erməni Arsağı kimi tarixi-elmi mənbə olaraq irəli sürürlər...

Bu tarixi erməni yalanlarının davamı üzrə indiki zamanda ABŞ, Ermənistan, Rusiya arxivçilərinin müşavirəsində müzakirə edilərək işğal edilmiş Azərbaycan torpaqlarının tarixini müxtəlif formalarda saxtalaşdırmağa yönələn "plan” hazırlanmışdır. Məlum olduğu kimi, hələ SSRİ dövründən Sovet xəritəşünaslığında, arxiv idarələrində, elm sahələrində, hal-hazırda RF-da çoxsaylı erməni nümayəndələrinin olması hər cürə saxtakarlığa fürsət və şəraitin yaranmasına zəmindir. 

Belə bir zamanda elmi redaktoru: Millət vəkili, akademik Nizami Cəfərov, rəyçisi Əli Şamilov, müəllifi Nazir Əhmədli olan "Haqq-nahaqq seçilər haqq divanında” kitabının "Erm. Milli Arxivi”nə əsaslanması hansı "həqiqət” dən xəbər verər?

 Bu "Erməni kameral hərəkatı” canfəşanları 90 illik Azərbaycan EA-sı elmi ekspedisiyalarının, ayrı-ayrı tədqiqatçıların elmi əsərlərini, yubileylər haqqında Milli Öndər H. Əliyevin tarixi sərəncamlarını "Qələti-məşhürlar” adlandırmaqda ya bilərəkdən, ya da onlara ötürülən saxtalaşdırılmış materialların mahiyyətinə varmadan "inqilab” edirlər. Bunların təqdim etdiyi "kameral”da Göyçə mahalında az qala 1828-ci ilin başlanğıcından erməni əhali sayı və digər etnoslar da olmaqla, türk əhali sayını bərabərləşdiririlir. Bir xeyli də məlum olmayan erməni kənd adlarını da kameralda təqdim edirlər. "kameral” yazıda Aşıq Allahverdinin haqqında tam uyğun gəlməyən mülahizələr yürüdülür...

Əsasən Göyçə ustadlarından Aşıq Ələsgərin ömür yaşının azaldılması və şeirlərinə düzəliş, həyatı ilə bağlı məlumatlara şübhə, inkar "erməni kameral hərəkatı” canfəşanlarının məkrlərinin açıq-aşkar təzahürüdür. Aşıq Alının ailə tərkibinə uyğun nə isə "tapıb” deyirlər ki, Aşıq Alının adı "Almədət” olub: çox gülünc və rüsvayçı bir yanaşma! 

Kitabdakı il dəyişmələri belə bir şübhəyə əsas verir ki, ya erməni ötürmələrində qərəzçilik var, ya da sifariş əsasında ermənilər tərəfindən düzəlişlə məqsədyönlü ötürmədir... Bu "erməni kameral hərəkatı”nın Azərbaycan məkanında əldə etdiyi çap məhsullarının məqsədi belədir: 

"Qərbi Azərbaycan torpaqlarında tarixən erməni xalqı yaşamış və XIII-XVI əsrlərdə türklər tərəfindən qovulmuşlarsa da, XIX əsrdə tarixi yurdlarına dönmüşlər” və s. 

Burada qısa xülasə yazdım, internet yazışmalarında çoxsaylı tarixi dəlillər göstərilib, eyni zamanda ustadların şəcərə nümayəndələri məlumatlar verib. Lakin "kameral hərəkatı” canfəşanları düşmən mənbələrini "mötəbər” mənbə kimi irəli sürürlər. Tarix: XIX əsrdə Xaçatur Abovyanın "Ermənistan yaraları”, XX əsrdə Tessa Hofmanın "Vətən uğurunda yenidən qan axır”, Zori Balayanın "Oçaq”, Nazir Əhmədlinin "Haqq-nahaq seçilər haqq divanında” kitabları erməni məkrinə xidmət edən təbliğat vasitələridir...

Digər xəbərlər
SON XƏBƏRLƏR