24-07-2017 [21:23]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) prezidenti Umud Mirzəyev Qatarın paytaxtı Dohada beynəlxalq tədbirə qatılıb.
Bu barədə BAMF-dan Mia.az-a verilən məlumata görə, Qatarın İnsan haqları üzrə Milli Komitəsinin Jurnalistlərin Müdafiəsi üzrə Beynəlxalq Federasiya və Beynəlxalq Mətbuat İnstitutu ilə birgə təşkil etdiyi bu tədbir "İfadə azadlığı: Təhdidlə üz-üzə” adlanır. 2 gün davam edəcək tədbirin əsas məqsədi dünya ictimaiyyətini, vətəndaş cəmiyyəti təşkilatları, dövlət və dövlətlərarası agentliklərin diqqətini jurnalistlərə qarşı törədilən zorakılıqlara, təhlükəsiz fəaliyyətə yönəltmək, qarşılıqlı fəaliyyət mexanizmləri və əməkdaşlığı dərinləşdirməkdir.
Tədbirdə, jurnalistlərin təhlükəsizliyi- çətinliklər və uğurlu təcrübələr, Jurnalistlərin müdafiəzsi və mətbuat azadlığı, Media və beynəlxalq insan haqları təşkilatlarının əməkdaşlıq perspektivləri və.s məsələlər müzakirə olunur. Müzakirələr zamanı, qloballaşan dünyada Jurnalistlərin professionallığının artması ilə paralel onlara edilən təhdidlərin də artmasından ciddi narahatlıq ifadə edilib. BAMF prezidenti səfərinin ilk günü müzakirələrə qatılıb və sıra görüşlər keçirib.
Umud Mirzəyev Əl-Cəzirə Media Şəbəkəsinin icraçı direktoru Mustafa Souj, Əl-Cəzirə media Şəbəkəsinin İnsan hüquqları və Vətəndaş Azadlığı mərkəzinin direktoru Sami Əlhac, Banqladeşin tanınmış jurnalisti, Çandpur Press Klubunun yaradıcılarından biri Şah Məhəmməd Maksudul , BMT-nin Cenevrə ofisinin Afrikada media azadlığı üzrə komissiyasının üzvü Fatsal Ourguergouz və PEN American Mərkəzinin proqram meneceri James Tager ilə səmərəli danışıqlar aparıb.
Umud Mirzəyev bu görüşlərdə beynəlxalq təşkilatların media qurumlarına, ölkələrə ikili standartlarla yanaşmasını qəbul edilən qərarlara etmadsızlıq yaratdığını ifadə edib. Bununla yanaşı BMT qətnaməsinin tətbiqi və icra mexanizmlərinin hazırlanması üçün beynəlxalq təşkilatlarla media qurumları arasımda assosiativ əlaqələrin genişləndirilməsinin uğurlu addım ola biləcəyinin əhəmiyyətini bildirib. Tədbir müddətində media azadlığının gücləndirilməsi məqsədi ilə qanunverici bazanın inkişaf etdirilməsi, cəzasızlığın aradan qaldırılması istiqamətində təlim və maarifləndirmə tədbirlərinin dövlət orqanları nümayəndələri ilə birgə davam etdirilməsi, UNESCO-nun xüsusi mandatına uyğun olaraq media azadlığı və jurnalistlərin təhlükəsizlik məsələlərinin müsbət həlli üçün fəaliyyət mexanizmlərinin işlənib hazırlanması kimi bir sıra vacib detallar müzakirə olunacaq. Tədbirdə Görüşdə UNESCO, İCRC, BMT İnsan haqları Təlim mərkəzi, Beynəlxalq Mətbuat İnstitutu, Jurnalist Hüquqlarının Müdafiə Mərkəzi, BMT Mətbuat Emblemi Kompaniyası (UNPEC), İnsan Haqlarına Baxış, Human Rights Watch və bir sıra digər nüfuzlu beynəlxalq təşkilatların rəhbərliyi və nüfuzlu media orqanlarının təmsilçiləri iştirak edir. BAMF prezidenti Azərbaycanın Qətərdəki səfiri cənab Tofiq Abdullayevlə də görüşüb. Görüş zamanı Azərbaycanın tanıdılması və beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədi ilə vətəndaş cəmiyyəti təşkilatlarının beynəlxalq media qurumları və instituttları ilə birgə səylərin gücləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Prezident erməninin təxribatçı sualına belə cavab verdi: "Bayden kimi prezident gəlsə, o sizin..." - VİDEO
KOMİTƏ SƏDRİ AZAL-ı TOPA TUTDU: "Heston Airlines"dən icarəyə götürülən təyyarələr, dövlət dilinin kobud pozuntusu..."
Antinhisar Agentliyi ADSEA-da dəhşətli faktlar aşkarladı - "Qudalar Agentliyi"ndəki qanunsuzluqlara dair İŞ AÇILDI
Azərbaycan və Ukrayna prezidentləri görüşdü - Münxendə + FOTOLAR
"Azərişıq"la bağlı araşdırma başlayıb
İlham Əliyev Münxendə panel iclasda iştirak edir - CANLI YAYIM
“Beta” çay paketindən tük topası çıxdı - VİDEO
Fuad Qəhrəmanlı özünü belə "yandırdı" - FOTOFAKTLAR
ÜÇ GENERAL EYNİ GÜNDƏ VƏZİFƏDƏN ÇIXARILDI - Biri sualı eşidən kimi telefonu söndürüb
Nazir öz müşavirini direktor təyin etdi - Xalq artistinin əri isə... + FOTO (Yenilənib)
Armen Qriqoryan Azərbaycan QHT sədrləri ilə görüşdü - Ermənistanda
Sabah yağış yağacaq
Naxçıvanda 6 nəfər dəm qazından zəhərlənib
Azərbaycan neftinin qiyməti 69 dollara endi
PREZİDENTDƏN AÇIQ MESAJLAR: "Artıq sülhə nail olunub "...iki aydan sonra kimsə gəlib deyəcək, xahiş edirəm, onları azad edin" - MÜSAHİBƏ
“Eto Mextiyev Ramis, slışite?” - "O, təqdimatını verdiyi aşpaz, prorab, alverçi icra başçılarından heç nə ilə fərqlənmir"
Ekspertdən M10-dakı şok hadisəyə şərh: "Diqqət birbaşa “Kapital Bank” rəhbərliyinin məsuliyyətinə yönəlməlidir"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İLHAM ƏLİYEVDƏN MÜSAHİBƏ: "Bizim mesajlarımız həmişə olduğu kimi, çox açıqdır" - VİDEO
Kreml ABŞ və Ukrayna ilə növbəti görüşün tarix və məkanını açıqladı: "Görüş bu dəfə BƏƏ-də olmayacaq..."
NATO Baş katibi: "Rusiya ilbiz sürəti ilə hərəkət edir və..."
Rutte: "Avropanın daha çox məsuliyyət öz üzərinə götürməsi..."
"ARB" kanalının yayımı 24 saatlıq dayandırılacaq - Bu səbəbə görə
Kollec direktoru vəzifədən çıxarıldı
Arvadını başqa kişi ilə "tutan" kişi dəhşət saçdı: iki uşaqla birgə özünü öldürdü - FOTO
İsrail hərbçiləri "Əl-Cəzirə"nin işçilərini atəşə tutub
Qırmızı Bazarda əkin sahələri icraəyə veriləcək
Partiya sədri qəza törədib? - Özü inkar edir, lakin...
Prezident İlham Əliyev Bərzani ilə görüşüb - Almaniyada
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
AMEA: "Ramiz Mehdiyev burada qala bilməz"
"Əməkdaşlar ancaq "Tik-tok"da videolara baxmaqla məşğuldur" - "Bank Respublika"dan şikayət var
MİDA-nın layihəsi dayandırılıb
YAP qurultay keçirəcək - Gələn ay...
Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs saxlanılıb
Bakıda arvadın, baldızını və onların nənəsinı bıçaqlayan şəxsin şikayətinə baxılacaq
Ata Abdullayev azadlığa buraxılıb
Azercell-in dəstəyi ilə “RobotChallenge 2026” üzrə Azərbaycanda milli seçim mərhələsinin hazırlıq işləri davam edir
Regional şöbədə yoxlama iddiası - Nazirlik şikayətə belə cavab verdi