“Bala, artıq verə bilmirəm…"

img

15-06-2017 [12:50]


Yəqin, 2015-ci ilin il 21 fevral tarixi yadınızda olar. Həmin gün azərbaycanlılar səhəri qara xəbərlə açdı.

Mərkəzi Bank İdarə Heyətinin qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində müəyyən edildi. Milli valyuta ABŞ dollarına nisbətdə 30% ucuzlaşdı. Yüksək vəzifəli məmurundan tutmuş, o vaxt 73 yaşlı təqaüddə olan Simuzər nənə də ciddi narahat olmağa başladı.
Bir çox yüksək vəzifəli məmurlar yığdığı manatları "kaş ki, dollara çevirərdim” təəssüfü, Simuzər (şərti ad) nənə isə bankdan götürdüyü dollar kreditini "kaş ki, götürməzdim” təəssüfü ilə yaşayr. Əgər buna yaşamaq demək mümkündürsə…

Simuzər nənə başına gələn "dollar bəlası”nı belə izah edir: "Bala, oğlumun 36 yaşı var idi. Ali təhsilli olsa da fəhləlik, ustalıq edib evə çörək pulu gətirirdi. Onun toyunu görmək arzusu ilə yaşayırdım. Bir gün banka getdim. Pensiya kartımı girov qoyub kredit götürmək istədiyimi deyəndə bank işçisi manatla deyil, dollarla kredit verə biləcəyini ərz elədi. Məni düşündürən isə yalnız oğlumun toyu idi. Nəisə ki, razılaşıb krediti götürmək məcburiyyətində qaldım. Ayın 20-si oğluma toy etik. 21-i səhər isə dolların bahalaşdığını eşitdim. Toydan yığılan pulla yalnız toy xərcini ödəyə bildik. Dollar krediti ilə gəlinimə aldığım qızılları dəyər-dəyməzinə yenidən satdım ki, bəlkə krediti bağlaya bildim. Bu da olmadı. Mən bankın hesablaması ilə aylıq 100 dollar (78 manat) kredit verməli idim. Fikirləşirdim ki, yerdə qalan pensiya pulumla da özümün dərmanlarımı alacam. Oğlum da həmişəki kimi fəhləlik edib ailəmizi dolandırar. Amma əksi oldu.

Oğlumun fəhlə işlədiyi yer də devalivasiyaya görə bağlandı. Məcbur olub Bakıya işləməyə getdi. Orada da işləri düz gətirmir. Gündəlik 15 manatla bilmir kirayə haqqı ödəsin, yoxsa ailəsini saxlasın. Bala, bu başqa dərddir. Hazırda mən ömrüm boyu göz dikdiyim təqaüdümdən də olmuşam. Qohum-əqraba məni dolandırır. Oğlumu da qınamıram. Onu maddi imkan olmaya-olmaya evləndirdim. Bala, xahiş edirəm dövlətimiz buna çarə qılsın. Heç olmasa təqaüd pulumla dolana və dərman xərclərimi çıxara bilim. Artıq aylıq ödənişim aldığım təqaüd pulunu da üstələyib”.

Mən bir vətəndaş olaraq Simuzər nənəni başa düşürəm. Amma təəsüflər olsun ki, Maliyyə Nazirliyi, Mərkəzi Bank və banklar Simuzər nənənin bu ahıl yaşında dərdinə şərik olmur. Soruşanda deyirlər kredit götürüb ödəməlidir də..?

Yaxşı, bunu başa düşdük. Bəs Mərkəzi Bank və müvaffiq qurumlar iş yerlərini dollardan niyə aslı vəziyətə saldılar?

Zamanında tədbir görmək olmazmıdı? İş yerləri bağlandı. Simuzər nənənin də tam ixtiyarı çatır ki, oğlu Elmarın iş yerini itirdiyinə görə, onun adaşı, Mərkəzi Bankın sədri Rüstəmov Elmardan iş tələb etsin. Ya da bahalaşan ərzaq və qeyri-məhsullarına görə İNTİHAR ETSİN. Simuzər nənə güclü olduğundan bunu düşünmür. Amma onunla oxşar həyat yaşayan 80 yaşlı baba, 85 yaşlı nənə, 90 yaşlı baba "uksus” içərək özünü öldürdülər. Heç olmasa ömrünün ahıl çağında həyatının acısını yaşayan Simuzər nənəni və onun kimiləri "uksuz” içməyə məcbur etməyin!!!

Çıxış yolu isə ən azından DOLLAR KREDİTLƏRİNƏ GÜZƏŞT etməkdir, cənablar”.

Əks halda vəsiqəli SEYİDLƏRİN CƏDDİ SİZİ TUTACAQ! Heç olmasa bundan qorxun.

Amid Əyyuboğlu



Digər xəbərlər
SON XƏBƏRLƏR