18-05-2017 [20:27]
IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarına yekun vurulub.
Azərbaycanın 6 təmsilçisi bu gün final görüşünə çıxıb.
Onlardan 3-ü - Cavid Çələbiyev, Teymur Məmmədov və Məhəmmədrəsul Məcidov millimizin aktivinə qızıl medal yazdırıblarsa, Tamerlan Abdullayev, Kamran Şahsuvarlı və Rauf Rəhimov həlledici döyüşdə məğlub olaraq, "gümüş”lə kifayətləniblər.
Tayfur Əliyevin (56 kq) də 3-cü yeri tutduğunu nəzərə alsaq, boks yığmamız İslamiadanı 3 qızıl, 3 gümüş və 1 bürünc medalla başa vurub.
60 kq
Bu çəkidə ölkəmizin idman şərəfini qoruyan Cavid Çələbiyev həlledici görüşə çıxıb. Qazaxıstanlı Sultan Zaurbəyə yerini göstərən dünya çempionumuz İslamiada "qızılı”nı boynundan asmaq üçün iraqlı Ammar Karbalai ilə döyüşüb. Bu rəqibindən də aşkar üstün olan Çələbiyev (5:0) qızıl medal qazanan ilk boksçumuz olub.
69 kq
Tamerlan Abdullayevin 1/8 finaldan başlanan yolu finala qədər davam edib. Ən son qazaxıstanlı İlya Oçkini məğlub edən boksçumuz özbək Bobo-Usman Baturova da eyni aqibəti yaşatmağa çalışıb. Boksçumuz ilk iki raundda üstün nəzərə çarpsa da, son hissədə noqdauna düşməklə yekunda məğlubiyyətə düçar olub (0:5) və "gümüş"lə kifayətlənib.
75 kq
Kamran Şahsuvarlı da 1/8 finaldan start verdiyi yarışda finala qədər irəliləyib. Yarımfinala Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdıran boksçumuz həlledici mərhələdə Tursunbay Kulahmetlə görüşüb. Kamran rəqibi ilə başabaş mübarizə aparmasına baxmayaraq, hakimlər qazaxıstanlı idmançını qalib elan ediblər – 5:0. Beləliklə, Tamerlan Abdullayevdən sonra Kamran Şahsuvarlı da İslamiadanı gümüş medalla tamamlayıb.
81 kq
Mübarizəyə 1/8 finaldan start verən daha bir boksçumuz həlledici mərhələyə qədər irəliləyə bilib. 81 kq-da yarışan Rauf Rəhimov yoldaşlarından fərqli, yarımfinalda rinqə çıxmadan bu hüquqa yiyələnib. Belə ki, misirli Abdelrəhman Abdelqəvvədlə qarşılaşmalı olan 23 yaşlı idmançımız rəqibinin oyuna çıxmaması səbəbindən finala mübarizəsiz adlayıb. Sonuncu rəqib isə türkmənistanlı Arslanbek Açilov olub. Gərgin keçən mübarizənin yekununda türkmənistanlı boksçu 4:1 hesablı qələbə qazanıb. Rəhimov isə "gümüş”ə yiyələnən ardıcıl 3-cü boksçumuz olub.
91 kq
Dəri əlcək ustamız Teymur Məmmədov Eldin Qoussunu (Suriya) yolundan kənarlaşdıraraq yüksəldiyi finalda türkiyəli Burak Akşinlə üz-üzə gəlib. Başabaş mübarizə şəraitində keçən döyüşün yekununda idmançımız qələbəyə (3:2) sevinib. Məmmədov qızıl medal alaraq, ardıcıl 3 uğursuz finaldan sonra tilsimi qırıb.
+91 kq
Yığmamızın ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov da final həyəcanı yaşayıb. Mübarizəyə komanda yoldaşlarından erkən başlayan və bütün rəqiblərini geridə qoymağı bacaran, son olaraq isə iordaniyalı Hüsseyn İaşaişə gücünü göstərən Məcidov bu gün "qızıl”a gedən yoldakı yeganə maneə Manaf Asaadla (Suriya) münasibətlərinə aydınlıq gətirib. Rəqibindən üstün döyüşən Məhəmmədrəsul (4:1) boks yarışlarının son finalında Azərbaycan yığmasına növbəti qızıl medalı qazandıran idmançı olub.
Apasport.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb
Sabahın hava proqnozu açıqlandı
Universitet və kolleclərə sənəd qəbulu başa çatıb
Bakı, Sumqayıt və Abşeron sakinlərinin diqqətinə: pensiya köçürülüb
Leyla Əliyeva Bakı Xoreoqrafiya Akademiyasının qonağı olub
İsrail Livanda 7 şəhərə zərbə endirib
Sumqayıtda qətl: kişi özündən 18 yaş balaca arvadını öldürdü
İranın Şiraz şəhəri bombalanıb - 20 nəfər həlak olub