25-03-2017 [20:31]
"Novruz bayramı münasibətilə hər birinizi təbrik edirəm. Sabah güclü komandaya qarşı oynayacağıq. Məşq prosesindən tam razı qalmışam. Almaniyanı analiz etməyə çox vaxt lazımdır. Amma lazım olan məlumatları futbolçulara çatdırdıq. Çalışacağıq ki, rəqib rahat oynaya bilməsin".
Bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Almaniya yığması ilə oyun öncəsi keçirilən mətbuat konfransında deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.
- Almaniyanın İngiltərə ilə oyununda gördük ki, rəqibi əks hücumda yaxalamaq olar. Bu barədə nəsə düşünmüsüz?
- Sözsüz ki, biz Almaniya - İngiltərə matçını (1:0) izlədik. Bundestimdə top-klublarda, Çempionlar Liqasında çıxış edən futbolçular oynayır. Onların təkcə taktiki-texniki yox, fiziki durumları da çox güclüdür. Komandama tapşırıq vermişəm. Əks-hücum da olacaq, başqa yolu da var. Amma onu açıqlamaq istəmirəm. Elə edəcəyik ki, rəqib bizə asanlıqla oyun sərgiləməsin.
- Demişdiz ki, Almaniya bizim üçün ən asan rəqib olacaq. Buna görə də oyunçuların motivasiyaya ehtiyacı yoxdur. Bəs futbolçuların fiziki durumu necədir?
- Komanda bir həftədir ki, bir yerdədir. Məşq prosesinə söz ola bilməz. İki ildir burdayam və heç vaxt futbolçuların fiziki durumundan narazı olmamışam. Motivasiyaya gəldikdə rəqibin adından gözəl motivasiya ola bilməz.
- Həmişə hava toplarını qarşılamaq problemimiz olub. Buna qarşı hansı tədbirlər düşünürsüz?
- Almaniya təkcə hava ötürmələri verən yox, sürətli oynayan, uzun ötürmələrdən istifadə edən komandadır. Buna baxmayaraq, mən futbolçularıma güvənirəm. Almaniya üçün bizə qarşı asan olmayacaq.
- Heyətdə görmək istədiyiniz, lakin xidmətindən yararlana bilmədiyiniz futbolçular var? Məsələn, Namiq Ələsgərov və Ruslan Abışov.
- Bu suala hər zaman olduğu kimi açıq cavab verəcəm. Bəli, belə problemlər var. Namiq zədəlidir, Maksim uzun müddətdir oynamırdı. Amma məşqlərdə gördük ki, fiziki durumu oynamağa imkan vermir. Ruslan Abışov da zədə səbəbindən oynaya bilməyəcək. Sabah tam sağlam futbolçular meydanda olacaq.
Qol.az
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"
"Pakistan dövləti və ordusu Azərbaycanın yanındadır" - Şahbaz Şərif İlham Əliyevə zəng edib
VI "Yüksəliş" müsabiqəsinə qeydiyyat başlayıb