ADU-da Avstriya kitabxanasının təntənəli açılızı olacaq

img

22-06-2010 [02:39]


İyunun 23-də Azərbaycan Dillər Universitetində (ADU) Avstriya kitabxanasının təntənəli açılış mərasimi keçiriləcək. Açılış mərasimində Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqer iştirak edəcək. Xatırladaq ki, iyunun 9-da Avstriyanın Azərbaycana yeni təyin olunmuş səfiri Silvia Mayer Kaybiç ADU-nun qonağı olmuş, ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidovla görüşmüşdü. Görüşdə ADU-da fəaliyyət göstərən Avstriya mərkəzinin fəaliyyəti haqqında geniş fikir mübadiləsi aparılmışdı. Səfir Silvia Mayer Kaybiç ADU-nun Mətbuat xidmətinin və Universitetin rəsmi orqanı olan ?Poliqlot? qəzetinə ekskluziv müsahibə də vermişdi. Xanım Silviya Mayer Kaybıç Azərbaycan mediası ilə ilk təmasdan məmnun olduğunu vurğulamışdı. Qeyd edək ki, iyunun 17-də Azərbaycan Dillər Universitetində ADU ilə Avstriya səfirliyi arasında ADU-da Avstriya kitabxanasının açılması ilə bağlı müqaviləni ADU-nun rektoru, millət vəkili, professor Səməd Seyidov və Avstriyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri xanım Silviya Mayer Kaybiç imzaladılar. Açılacaq Avstriya kitabxanasının fonduna alman dilində 3000-dək kitab, müxtəlif materiallar daxil edilib. Avstriya kitabxanasından yalnız tələbələr, diplomantlar, doktorluq işi yazanlar deyil, hər kəs yararlana bilər. İyunun 23-də keçiriləcək təntənəli açılış mərasimi Avstriyanın xarici işlər naziri Mixael Şpindeleqqerin iştirakı ilə baş tutacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR