04-03-2017 [00:54]
Eks prezident Heydər Əliyevin xatirəsinə həsr olunmuş kikboksinq üzrə peşəkarlar arasında VIII "Heydər Əliyev Kuboku” uğrunda turnirdə Azərbaycan və İran kikboksçuları rinqə çıxıblar.
Mia.az Musavat.com-a istinadən xəbər verir ki, Boks Mərkəzində təşkil olunan yarışda iki ölkənin ən güclü idmançıları öz güclərini sınayıblar.
İlk olaraq söz WAKO ASIA-nın prezidenti, eyni zamanda İran WAKO Federasiyasının rəhbəri Nasser Nassiriy verilib.
O, Bakıda olmaqdan böyük şərəf duyduğunu açıqlayıb: "Belə böyük turnirdə mən də iştirak etdiyim üçün qürur hissi keçirirəm. Azərbaycan Kikboksinq Federasiyasının rəhbərliyinə gözəl tədbir təşkil etdiyi üçün təşəkkür edirəm. Burada olduğumuz vaxt Azərbaycan mədəniyyəti ilə bağlı tanış olmaq üçün böyük şans qazandıq. Şounun gözəl alınacağına inanıram”.
Daha sonra çıxış edən Milli Məclisin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov yarışın əhəmiyyətindən söhbət açıb.
O bildirib ki, bu cür yoldaşlıq görüşləri 2 ölkə arasında münasibətləri daha da inkişaf etdirir: "Azərbaycan idman ölkəsidir. Bütün idman növlərinə diqqət göstərilir. Bu yarış 2 ölkə arasında dostluq münasibətlərini daha da möhkəmlədəcək. Məqsədimiz idmanı gənclər arasında kütləviləşdirməkdir”.
Azərbaycan Kikboksinq Federasiyasının (AKF) prezidenti, millət vəkili Adil Əliyev yarışın ənənəvi xarakter daşıdığını xatırladıb.
O, bu yarışın Azərbaycan və ölkə xaricində daimi keçiriləcəyini də vurğulayıb: "Azərbaycanda idmana dövlət tərəfindən qayğı göstərilir. Bunun nəticəsi olaraq ölkəmizdə nüfuzlu beynəlxalq turnirlər keçirilir. Milli Olimpiya Komitəsinə, Gənclər və İdman Nazirliyinə və idmana dəstək verən bütün şəxslərə təşəkkür edirəm. Çünki Azərbaycanda heç vaxt olimpiya və qeyri-olimpiya idman növləri fərqləndirilməyib. Hamısına eyni dərəcədə qayğı göstərilir”.
AKF-in rəhbəri idmanda kütləviliyin təmin olunmasından da söz açıb. O bildirib ki, bütün federasiyalarda işlər yüksək səviyyədə görülür:
"Bu gün idmanla məşğul olan hər bir azərbaycanlı dünya, Avropa və ya olimpiya çempionu olmaya bilər. Amma onlar sabah milli ordumuzun əsgəri olacaqlar. Bu səbəbdən də idmanın kütləviləşməsində bir-birimizə dəstək verməliyik. Bugünkü döyüş isə iki ölkə arasında dostluq əlaqələrini daha da möhkəmlənməsinə xidmət edir. Biz yaxın qonşuyuq və bir-birimizdən lazımi təcrübəni öyrənməliyik”.
Rəsmi başa çatdıqdan sonra rinq ilk olaraq Ruslan Musayev çıxıb və Həmid Amnini məğlub edib. Daha sonra rinqə çıxan Rəhim Əliyev Əli Bani Əsədi nokauda salaraq qalib gəlib.
Növbəti döyüş Alışan Aslanlı və Seyid Əmir arasında keçirilib və həmyerlimiz məğlub olub.
K-1 versiyası ilə döyüşən həmyerlilərimizin heyətində isə dəyişiklik edilib. 81 kq çəki dərəcəsində Abufazil Qudarzi ilə gücünü yoxlamalı olan Ehtiram Rzayevi dünya çempionu Emin Mövsümzadə əvəzləyib. O da bu etimadı doğruldub. Rəqibi üzərində inamlı qələbə qazanan kikboksçu iranlılarla fərqi yenidən 2-yə çatdırıb – 3:1.
Bir gün öncə çəkisi artıq olan, lakin son anda 1,6 kq çəki atan Orxan Məlikov da görüşü qələbə ilə başa vurub. O, Omid Nüsrətini rinqə çıxmağa peşman edib. Bu, digər görüşlərin nəticəsindən asılı olmayaraq, yığmamızın İran üzərində qələbə qazanacağını da rəsmiləşdirib.
Buna baxmayaraq, 6-cı qarşılaşma da millimizin aktivinə yazılıb. Kikboksçumuz Elşən Qəniyev İraj Muradinin zəif olduğunu sübuta yetirib.
Ramal Aslanov - Həmid Asli görüşü də həmyerlimizin xeyrinə başa çatıb. İdmançımız yarışı gözəl döyüşlə bitirib. Beləliklə, VIII Heydər Əliyev Kuboku Azərbaycan yığmasının inamlı qələbəsi ilə yekunlaşıb. Kikboksçularımız rəqiblərini 6:1 hesabı ilə məğlub ediblər.
Azərbaycan – İran - 6:1
Lou-kik
63,5 kq. Elşən Qəniyev - İraj Muradi - 2:1
67 kq. Ruslan Musayev - Həmid Amni - 3:0
71 kq. Rəhim Əliyev - Əli Bani Əsəd - 3:0
75 kq. Alışan Aslanlı - Seyid Əmir - 0:3
K-1
71 kq. Ramal Aslanov - Həmid Asli - 3:0
81 kq. Emin Mövsümzadə - Abufazil Qudarzi - 3:0
86 kq. Orxan Məlikov - Omid Nüsrəti - 3:0





Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"