Abzeron rayonunda korrupsiyaya qarzı mübarizə tədbiri keçirilib

img

11-06-2010 [02:50]


Korrupsiyaya qarşı Mübarizə Fondu regionlarda korrupsiya qarşı mübarizənin təşkili ilə bağlı növbəti tədbirini Abşeron rayonunda keçirib. Tədbirdə yerli ictimaiyyətin, KİV-in, dövlət idarələrinin, hüquq-mühafizə orqanlarının və bələdiyyələrin nümayəndələri iştirak ediblər. Tədbirin əsas məqsədi ?Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya?nın icrasının vəziyyətini müzakirə etmək, ictimaiyyət və yerli dövlət orqanlarını qəbul olunmuş normativ sənədlərlə tanış edərək onların hüquqi maarifləndirilməsi olmuşdur. Bundan əlavə Fond vətəndaşlara korrupsiya ilə bağlı şikayətlərin qəbulu və onların həlli ilə bağlı yardım etmək üçün Abşeron rayonunda regional nümayəndəliyin fəaliyyətini təşkil etmişdir. Müzakirələrdə çıxış edən vətəndaşlar, Sosial Müdafiə Fondunun, Əmək və Əhalinin Sosial Müdafiə Mərkəzinin nümayəndələri, təhsil işçiləri və bələdiyyə üzvləri ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin və ?Milli Strategiya?nın icrasının korrupsiyanın səviyyəsinin azalması üçün yetərli olmadığını söylədilər. Onlar bəzi sahələrdə olan korrupsiya hallarından və rüşvətxorluğun qarşısını almaq üçün dövlət nəzarətinin gücləndirilməsinin vacibliyindən danışdılar. Korrupsiyaya qarşı Mübarizə Fondu ölkədə korrupsiyaya qarşı mübarizənin səmərə verməsi üçün Milli Strategiyada xüsusi vurğulanan ictimaiyyət və dövlət orqanlarının əməkdaşlığına nail olmaqla əhalinin müqavimətini artırmağı əsas amil hesab edir. Görüşdə həmçinin yerli sahibkarların fəaliyyətinə qeyri-qanuni müdaxilələrin qarşısını almaq üçün Fond tərəfindən onlara hüquqi yardım göstəriləcəyi vurğulandı.

Digər xəbərlər
SON XƏBƏRLƏR