14-02-2017 [20:48]
Ülkər Abdullayeva,
Sputnik Azərbaycan
Azərbaycan haqqında çox şey demək, ona çox şeyi yapışdırmaq olar. Azərbaycanda etnik və dini azlıqların hüquqlarının tapdalandığını da iddia etmək olar, amma bu, yapışmaz.
Azərbaycanlılar sonuncu tikələrini öz doğma qardaşları ilə bəlkə də bölüşməzlər, amma başqa millətdən və dindən olanlarla böyük məmnuniyyətlə bölüşürlər. Biz əsrlərdir bu coğrafiyada türk, talış, rus, gürcü, erməni, ləzgi, yəhudi və s. olaraq birlikdə yaşadıq.
Burada dünyanın 3 səmavi dininin (İslam, xristianlıq, iudaizm), onların ən müxtəlif qollarının təmsilçiləri dinc və yanaşı yaşayırlar. Müsəlmanı məscidə, xristianı kilsəyə, yəhudisi sinaqoqa gedər, bir-birilərinin dini bayramlarına hörmətlə yanaşarlar, bayramlarda bişən şirniyyatlardan bir-birilərinə pay verərlər. Kədərli günlərdə də eynilə. Kilsə günlərində müsəlmanlar xristianlardan qabaq kilsələrə axışarlar. Aşura günü xristianlar islam şəhidlərinin xatirəsinə ehtiram göstərər, şənliklərini təxirə salarlar. Bu qaydalar heç yerə yazılmayıb, bu coğrafiyanın insanları əsrlərdən bu yana belə yaşamağa vərdiş ediblər. Bu qaydaları bu məmləkətin yaşlıları müəyyən ediblər, sonra gələnlər də davam etdirirlər.
ndi azərbaycanlıları üçün eşitmək çox ağırdır ki, burada hansısa etnik, ya da dini azlığa qarşı diskriminasiya var. Son 27 ildə Ermənistanda və onun işğal etdiyi Azərbaycan ərazilərində bir nəfər də olsun azərbaycanlı qalmadığı halda, müharibənin ən qanlı dövrləri də daxil olmaqla təkcə Bakıda 30 mindən artıq erməni yaşamaqdadır. Bu gün dünyanın hər yerində yaşayan ermənilər Bakıya turist səfərləri edirlər. Təkcə sosial şəbəkələrdəki hesablara baxmaq kifayətdir ki, ermənilərin bugünkü Bakıda çəkdirdikləri fotoşəkilləri görəsən. Amma Dilqəm Əsgərov və Şahbaz Quliyev öz doğmalarının qəbirlərini ziyarət etmək üçün getdikləri işğal altındakı Kəlbəcərdə ermənilər tərəfindən saxlanılıblar və 2 ildir işgəncələr altında çətin günlərini yaşamaqdadırlar. Onların tək günahı azərbaycanlı olmalarıdır. İndi eşitmək ağırdır ki, Ermənistan ən üst səviyyədə Azərbaycanı milli azlıqlara qarşı qeyri-insani davranışlarda günahlandırır. Və bu bəhanəni onların əlinə Azərbaycanı tərk edərək Ermənistana keçən Şahin Mirzəyev (Mirzəli) adlı şəxs verib.
Şahin Mirzəyev kimdir?
Onu yaxından tanıyanlardan biri, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri Rafiq Cəlilovun dediyinə görə, Şahin Mirzəli 2015-ci ildə "Toloşon Sədo" qəzetinin "Qaya" şirkətindəki abunəçiliyindən imtina etdiyi günə qədər qəzetin ictimai əsaslarla əməkdaşı olub. Yəni sadəcə qəzetdaşıyan olub. Həmin tarixdən isə onun qəzetlə bütün əlaqələri dayandırılıb. Hazırda qəzetin Şahin Mirzəli adlı əməkdaşı yoxdur.
"Mən, Respublika Talış Mədəniyyət Mərkəzinin sədri olaraq bildirirəm ki, Şahin Mirzəli 2016-ci il 1 may tarixli konfransda RTMM-nin İdarə Heyətinə seçilib, hazırda da RTMM İH-nin üzvüdür. Onun hansısa xarici dövlətdən sığınacaq almasının nə RTMM-nə, nə də qəzetimizə aidiyyəti yoxdur. Bu, sırf onun ailəsi ilə bağlı olan məsələdir ki, həyat yoldaşı həkimlərin yarıtmaz fəaliyyəti nəticəsində çox ağır duruma salınmış və vaxtında lazımi tibbi yardım ilə təmin edilməmişdir ki, bu səbəbdən də o ailəsi ilə Gürcüstandan sığınacaq istəmişdi. Bu olayı həm RTMM ilə, həm də qəzetimizlə əlaqələndirib tirajlamaq, bilərəkdən və ya bilməyərəkdən bizim fəaliyyətimizi Azərbaycan əleyhinə aparılan fəaliyyət kimi göstərmək düzgün deyil" — deyə Rafiq Cəlilov bildirib.
Görünür, Şahin Mirzəyev Gürcüstandan sığınacaq ala bilmədiyi üçün, Ermənistana keçməyi qərara alıb. Hər halda, Rafiq Cəlilovun dediyinə görə, talışların heç bir xarici dövlətin, ələlxüsus da ermənilərin dəstəyinə ehtiyacı yoxdur. O qeyd edib ki, Şahin Mirzəlinin RTMM-dəki statusuna növbəti iclasda baxılacaq.
Bir jurnalist olaraq illərdir talışlarla çiyin-çiyinə işlədik və işləyirik. Talış jurnalistlər arasında çoxlu dostlarımız var. Bizim aramızda etnik söhbətlər ancaq lətifələr şəklində olar. Biz bir-birimizin məişətində, gündəlik həyatında baş verən şeyləri ancaq gülmək üçün yada salarıq. Bəzən zarafatla türk jurnalistlər talışlara "qədim türklər", talışlar isə türklərə "əski talışlar" deyə xitab edərlər. Talışlar öz məişətləri, mədəniyyətləri, qəlbləri ilə hər zaman Azərbaycan xalqının ayrılmaz bir hissəsi oldular. Onlar elə ötən əsrin sonlarında, SSRİ-nin yıxılması ilə başlayan etnik separatizm ruzigarlarına qoşulub bu ölkəni bölmək çağırışlarından imtina etdilər. Əksinə, onlar hamı kimi əllərinə silah alıb Azərbaycanın bütövlüyü, torpaqlarının işğaldan azad olunması uğrunda vuruşdular. Bu yolda yüzlərlə şəhid verdilər.
Onların bu torpağa, bu vətənə bağlılıqlarını ən gözəl şəkildə ölkəmizin tanınmış jurnalisti, talış xalqının nümayəndəsi olan Xaqani Səfəroğlu ifadə edib:
"Talış xalqının Azərbaycan kimi qədim, misilsiz, içində xalqların qardaş kimi çiyin-çiyinə yaşadığı dövləti var. Min illərdir bir yerdə yadelliyə qarşı vuruşublar, sevinclərinə seviniblər, vayına ağlayıblar. "Talış Ermənistandan sığınacaq istədi" yazıları adamı ağrıdır, bu torpaq uğrunda canını vermiş 1000-lərlə talış şəhidinin ruhunu sızladır. Satanın, qaçanın, kökünə xor baxanın milləti olmaz. Talışın başqa dövləti yoxdur. Talışın dövləti Azərbaycandır. Ya bir yerdə bu ölkə ilə birgə böyüyəcəyik, ya da kül olacağıq. Xalqımın əzabları üzərində siyasət qurmaq istəyənləri isə lənətləyirəm. Ermənistana qaçan bir Azərbaycan vətəndaşıdır. Bu ölkənin çörəyinə, suyuna tüpürüb, arxa çevirib. Burda qalanlar isə milyonlardır. Bizi bölmək utopiyadır, bizi düşmən etmək xülyadır. Burada qalacağıq, bir yerdə olacağıq! Dövlətimizi heç kimə vermək niyyətimiz yoxdur! Əzizlərim, bir-birinizdən möhkəm yapışın!".
Xaqaninin atası rəhmətlik Səfər müəllim biz jurnalistlərin sevimlisi idi. O, ilk gündən Xalq Cəbhəsinin sıralarında Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparmışdı. Ömrünün son gününə qədər də bu yola zərrə qədər də olsun xəyanət etmədi. Bizim üçün nümunə Səfər müəllimdir, Xaqanidir, onlar kimi olan on minlərlə talış xalqının övladlarıdır. Şahin Mirzəyev kimi istisnalar barədə bizdə belə bir deyim var: "Yel qayadan nə aparar ki?!".
Bəlkə dövlətə, hakimiyyətə, tibb işçilərinə həddindən çox qəzəblənib, bu ölkədən küsüb, üz çevirib. Amma bütün bunlar ona içində talış xalqının oğullarının da olduğu şəhidlərin cəsədlərini, ruhlarını çeynəyib onları qətlə yetirən Ermənistan rejiminə qucaq açmasına əsas vermir. Baxmayaraq ki, biz Şahin Mirzəyevin bu hərəkətində hansısa sosial etiraz notları axtarmaqdan çox uzağıq. Çünki o, özünün Ermənistana verdiyi arayışda Müsavat Partiyasının fəalı olduğunu bildirib.
Mediada onun mitinqdə Müsavat Partiyasının bayrağına sarılmış şəkli də yer alıb. Əgər o, həqiqətən də talış xalqının "pozulmuş haqları" uğrunda mübarizə aparırdısa, onu Müsavat Partiyasının türkçülüyün rəmzi ifadəsi olan ay-ulduzlu mavi bayrağına sarılaraq şəkil çəkdirməsi nəyi ehtiva edirdi?! Bundan başqa, Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlının Sputnik Azərbaycan-a bildirdiyinə görə, Şahin Mirzəyev 2014-cü ilə qədər Müsavat Partiyasının üzvü olub və həmin ildə Nizamnamə tələblərini pozduğuna görə, partiya sıralarından xaric edilib.
Biz Azərbaycanda yaşayırıq və son illərdə Avropa ölkələrində sığınacaq almaq üçün çoxlarının istifadə etdiyi metodları yaxşı bilirik: bir gün müxalifətin mitinqinə qatılmaq, hakimiyyət əleyhinə radikal şüarlar səsləndirmək, əgər imkan varsa həbs olunub adını "siyasi məhbus" siyahısına yazdırmaq, imkan yoxdursa mitinqdə şəkil çəkdirmək və bununla da "hakimiyyətin təqib etdiyi zülümkeş müxalifətçi" obrazını tamamlamaq. Şahin Mirzəyev də güman ki, bu yolla getmək istəmişdi — Gürcüstana, oradan da Avropaya keçmək üçün "Azərbaycanda etnik və dini hüquqlarım pozulur" deyə bərkdən qışqırmaq, beynəlxalq təşkilatların diqqətini cəlb etmək və mühacirətə getmək. Ş.M-da bu ssenari istədiyi kimi alınmadığından o, son addım kimi Ermənistana sığınmaq yolunu seçib. Artıq Ermənistanın müdafiə naziri Vigen Sarkisyanın da dediyi kimi, qalır "beynəlxalq təşkilatlarla birlikdə Mirzəyevin pozulmuş hüquqlarını bərpa etmək və onu daimi yaşayış yeri ilə təmin etmək".
Onu da xatırladaq ki, Vigen Sarkisyan Ş.M-nın "Talış Azadlıq Hərəkatı"nın üzvü olduğunu iddia edir, amma Xaqani Səfəroğlu belə bir hərəkatın ümumiyyətlə mövcud olmadığını bildirir.
Milli hüquqlarını bildik, bəs Mirzəyevin hansı dini hüququ pozulurmuş? Axı talışlar da Azərbaycanda çoxluğun dini kimi qəbul edilmiş İslamın (özü də əksəriyyəti təmsil edən şiə cərəyanının) daşıyıcılarıdırlar. Mirzəyevin qulluq etdiyi hansı dindir ki, o, Azərbaycanda təqib olunur?! Axı bu gün bütün dünya Azərbaycandakı dini tolerantlıqdan danışır və bir sıra Avropa ölkələri buradakı dini tolerantlıq və multikulturalizm modelini müsbət nümunə kimi öz dərsliklərinə daxil ediblər!?
Bəlkə Şahin də indi bir çox dövlətlərin baş ağrısına çevrilmiş "İslam dövləti" sempatizanı imiş və həbs olunacağını bilərək, aradan çıxıb? Amma bunu dini hüquqların pozulması adlandırmaq olmaz ki.
Son olaraq onu əlavə edə bilərik ki, Şahin Mirzəyev əgər həqiqətən də öz etnik və dini hüquqlarının qayğısına qalıbsa, onda Ermənistanı seçməklə böyük xətaya yox verib. Ermənistanın etnik və dini təmizləməni hər zaman öz siyasətinin prioriteti elan etdiyini bu dünyada bir nəfər "bilməyə" bilərdi. O da göründüyü kimi, Şahin Mirzəyev olub. Onun halına həqiqətən də acımamaq olmaz.
P.S. Bəlkə bir gün mən də ölkəmdən, xalqımdan, hakimiyyətimdən inciyərəm, küsərəm, başımı götürüb gedərəm. Amma əminəm ki, bu ölkəmdəki milli və dini mühitlə bağlı olmayacaq. Və getdiyim ölkə də Ermənistan olmayacaq. Mən ölkəmi, millətimi, dəyərlərimi bu qədər ucuza satmağı ağlımın ucundan belə keçirmirəm…
İƏT Mədəniyyət Festivalının tarixi dəyişib
Xətai rayonunda evlərin birindən oğurluq olub
Əlisəmid Kür reanimasiyaya yerləşdirildi
Partiya funksioneri tibb bacısını şantaj edirmiş... - 5 il müddətinə həbs gözləyir (FOTO)
Buraxılış imtahanında dəyişiklik olacaq: "Dərslikdə olmayan, tanımadıqları bir mətni təqdim edirik, çünki..."
Bu il 491 nəfərin diplomu tanınmayıb
Həftəsonu ilin ikinci Günəş tutulması baş verəcək
AKP İstanbulun daha bir bələdiyyəsini "ovlayır" - CHP "çökdürülür"
Yeni mükafat təsis olunub
Xalq artistinin nəşi Azərbaycana gətirildi (Yenilənib)
Faiq Ağayev efirdə aparıcını danladı: "Bugünlük səni bağışlayıram, amma..." - VİDEO
Qəzzada ölənlərin sayı artıb
Avropanın daha bir ölkəsi Fələstini tanıyacaq
Vəkillik üçün iş stajının müddəti üç ildən bir ilə endirilir
Biləsuvar sakini 6 kq narkotiklə saxlanılıb
Azərbaycan nefti cüzi ucuzlaşıb
"Bunu ört-basdır etmək düz deyil” - Nazir universitetləri qınadı, bu məktəblərin bağlanacağının anonsunu verdi
Təranə Səmədova Ali Məhkəməyə müraciət edib
İsraildə nazirlikdə əməliyyat: nazir və köməkçiləri saxlanıldı
Şirvan şəhərində bir neçə qurumda yoxlama aparılır
Klub rəhbərliyinin istefası tələb olunur
"DƏMİR YUMRUQ ENDİRİRİK" - İsrail Qəzzaya tankları yeritdi, müdafiə naziri sərt bəyanat verdi
Tramp əmr verdi, Karib dənizində gərginlik artdı: ABŞ ordusu Venesueladan gələn daha bir qayığı vurdu, 3 ölü var (FOTO)
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Polis körpüdən özünü atmaq istəyən şəxsi xilas etdi - FOTO
Qəzzada daha üç jurnalist həlak olub
TƏHSİLƏ GÖRƏ NARAHAT OLMAYIN: heç nə yaxşı olmayacaq...
"Qarabağ"ın futbolçusu: ""Benfika"nı yaxşı təhlil etmişik"
Emin Əmrullayev: "Xaricdə təhsil üzrə dövlət proqramında qəbul prosesi çətinləşdiriləcək"
Ceyhun Bayramov Qətərdə sammitdə çıxış edib
“Bakcell” Bilik Günü münasibətilə Müasir Təhsil Kompleksinin şagirdləri ilə görüşdü - FOTOLAR
ƏRDOĞAN QƏTƏRDƏN İSRAİLƏ GÖZDAĞI VERDİ: "Sizi durdurmağa gücümüz var" - Türkiyə lideri müsəlman ölkələrə təklif verdi (VİDEO)
Nəsimi rayonunun orta məktəblərində “15 sentyabr - Bilik günü" qeyd olundu - FOTOLAR
Daha bir ölkə Rusiyaya nota verdi
Tramp FED rəhbərinə ləqəb qoşub
Bilik günü: 288 nömrəli məktəbdə "birinci"lərin duyğuları - VİDEO
Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarını bir arada - VİDEO
Şuşada külli miqdarda silah-sursat aşkarlanıb - DTX, DİN və ANAMA birgə məlumat yaydı
Prezident İlham Əliyev Türkiyə Baş Qərargah rəisini qəbul edib - Nələr müzakirə olunub?
PAYIZ “ULDUZ”U GÖRÜŞÜNÜZƏ GƏLDİ
Bakıda və rayonlarda leysan yağacaq - Xəbərdarlıq