Mətbuat Şurasında qəzet və jurnalların səyyar satızı ilə bağlı arazdırma aparacaq

img

09-06-2010 [05:03]


Bu gün Mətbuat Şurasında qəzet və jurnalların səyyar satışı ilə bağlı son vaxtlar Bakının bir sıra yerlərində yaranmış çətinliklərlə əlaqədar məsələ müzakirə olunub. Mətbuat Şurasından verilən məlumata görə, Mətbuat Şurasının İdarə Heyəti üzvlərinin və ölkənin tanınmış, ictimai fikrə təsir göstərən bir sıra mətbu nəşrlərinin iştirak etdikləri toplantıda məsələnin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Qərara alınıb ki, yaranmış problemlə əlaqədar Şura sədrinin müavini, Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğludan və İdarə Heyətinin üzvü, ?İki sahil? qəzetinin baş redaktoru Vüqar Rəhimzadədən ibarət xüsusi qrup yaradılsın. Həmin qrup paytaxtda səyyar qəzet və jurnal satışı sahəsindəki vəziyyəti araşdıracaq və İdarə Heyətinin müzakirəsi üçün müvafiq rəy hazırlayacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR