informasiya müharibəsində Azərbaycanın təbliğat imkanları mövzusunda layihə davam edir

img

08-06-2010 [03:32]


Media və Mülki Cəmiyyət İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ?İnformasiya müharibəsində Azərbaycanın təbliğat imkanlarının öyrənilməsi və genişləndirilməsi? mövzusunda həyata keçirdiyi layihəsini davam etdirir. Qeyd edək ki, bu layihənin məqsədi informasiya mübarizəsində Azərbaycanın davamlı üstünlüyünün təmin edilməsi, Azərbaycanın haqqlı mövqeyinin dünya ictimaiyyətinə çatdırılması, bugünədək Ermənistan tərəfindən beynəlxalq ictimaiyyətə yayımlanan yalan dolu materiallar və saxta faktları aradan qaldırmaq, Ermənistanın işğalçı dövlət olduğunu bir daha sübut etmək, bu sahədə atılacaq gələcək addımları təyin etməkdir. Görülən işlər barədə ətraflı məlumat verən təşkilatın və layihənin rəhbəri Xanoğlan Əhmədovun sözlərinə görə, layihə çərçivəsində internetdə bu günə kimi Dağlıq Qarabağ münaqişəsi və erməni işğalında olan Azərbaycan ərazilərinin azad edilməsi, habelə konfliktin tarixi, erməni terrorçuluğu və separtizmi barədə informasiya, məqalə, şərh, video və audiomaterialların monitorinqi aparılıb. Monitorinq zamanı 42 ölkənin 125 qəzeti, 256 İnternet portalı və veb-informasiya strukturu, 54 agentlik, 256 şəxsi bloq, 277 forum, gündəlik və həftəlik nəşrlərin 673 veb-saytı nəzərdən keçirilib. Bu zaman dərc olunan və yerləşdirilən xəbər, informasiya və materialların 67%-nin Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması prosesi, 25%-nin Azərbaycan və Ermənistan arasındakı indiki vəziyyət, 7%-nin isə problematikanın qısa tarixindən bəhs etdiyi aydın olub. Dağlıq Qarabağ münaqişəsi, habelə erməni işğalında olan Azərbaycan əraziləri barədə yanlış məlumat və qərəzli informasiyaların yerləşdirildiyi kütləvi informasiya vasitələri, veb-resurslar və şəxsi bloqlara məktublarla müraciətlər yollanıb, real vəziyyət anladılıb. Layihə rəhbəri onu da bildirib ki, sözügedən monitorinq hazırda da davam edir və yekunu barədə əlavə məlumat veriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR