?Abituriyentin bələdçisi? kitabının yeniləzdirilmiz, təkmilləzdirilmiz nəzri izıq üzü görüb

img

04-06-2010 [04:30]


Qəbul imtahanlarına hazırlaşan gənclərə elmi-metodiki kömək TQDK-nın fəaliyyətinin mühüm istiqamətlərindəndir. Bu iş sistemli xarakter daşıyır və bir sıra təşkilati, texnoloji, metodiki və nəşr-yayım tədbirlərini əhatə edir. Buraya fənlər üzrə qəbul proqramları, imtahana hazırlığın optimal yollarına dair metodiki tövsiyələr, çətin testlərin izahı, fənn proqramlarının aktual mövzularına aid məqalələr, model testlər, siniflər və fənlər üzrə test topluları, onların elektron versiyaları, qəbul imtahanı proqramlarına əsaslanan dərs vəsaitləri və s. daxildir. TQDK abituriyentlərin tələbə qəbulu qaydaları və qəbul imtahanlarının texnologiyası ilə yaxından tanış edilməsini də həmişə diqqət mərkəzində saxlayır. Komissiyanın bu istiqamətdə gördüyü mühüm işlərdən biri də tələbə qəbulu prosesinin bütün tərəflərini və mərhələlərini sistemləşdirilmiş şəkildə özündə əks etdirən - ?Abituriyentin bələdçisi? kitabıdır. Bu adda kitab ilk dəfə 3 il bundan əvvəl nəşr edilmişdir. Lakin ötən dövr ərzində tələbə qəbulunun modelin?də mühüm dəyişikliklər aparıldığından onun yeniləşdirilmiş, təkmilləşdirilmiş nəşrinin hazırlanması zərurəti meydana gəlmişdir. Bu nəşr hazırlanarkən ötən dövr ərzində tələbə qəbulu qaydalarında edilmiş dəyişiklik və yeniliklər nəzərə alınmışdır. Kitabda qəbul imtahanlarına hazırlığın başlanğıcından tutmuş sənəd qəbuluna, imtahan gününə hazırlıqdan tutmuş imtahana və imtahanın nəticələri elan olunan mərhələyə qədər bütün proseslər xronoloji ardıcıllıqla izah olunur, abituriyentlərə lazımi məsləhət və tövsiyələr verilir. Vəsaitin əvvəlində test sistemi və TQDK-nın fəaliyyətinin inkişaf dinamikası işıqlandırılır. Sonrakı hissədə abituriyentlərin ixtisas seçiminə istiqamətləndirilməsi məqsədilə ali təhsil müəssisələrinə qəbul aparılan ixtisas qrupları və müvafiq imtahan fənləri haqqında məlumatlar təqdim edilir. Növbəti hissədə abituriyentlərin qəbul imtahanlarına səmərəli hazırlaşmasına kömək məqsə?dilə metodiki materiallar ? qəbul proqramları, test kitabları, elektron dərs vəsaitləri, çətin testlərin izahı və tövsiyələr, model testlər, açıq testlər, xüsusi qabiliyyət tələb edən ixtisaslara dair vəsaitlər haqqında məlumatlar verilir. Burada, həmçinin sınaq imtahanları, onların fayda?sı, qeydiyyat və keçirilməsi qaydaları, online sınaq imtahanları barədə məlumatlar, ardınca bilik yarışı öncüllərinin qəbul imtahanına hazırlıq üzrə təcrübə və tövsiyələrindən nümunələr, habelə abituriyentlər, müəllimlər və valideynlər üçün psixoloq məsləhətləri təqdim olunur. Ayrıca bir bölmədə ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu qaydalarından bəhs edilir. Burada ərizə qəbulu üçün tələb olunan sənədlər, elektron ərizənin doldurulması qaydası, xüsusi qabiliyyət tələb edən ixtisaslara qeydiyyat aparılması və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd qəbulu qaydaları barədə məlumatlar çatdırılır. Növbəti bölmədə abituriyentin imtahan gününə hazırlığı, imtahanda davranış qaydaları, onun bu mərhələdə davranışına aid psixoloq məsləhətləri yer alıb. Bunun ardınca oxuculara qəbul imtahanının nəticələrinin emalı prosesi və nəticələrin (imtahan ballarının) ictimaiyyətə çatdırılması barədə məlumatlar verilir. Kitabın ?İxtisas seçimi? adlanan hissəsində ixtisas seçiminin abituriyentlər üçün önəmi, məsuliy?yəti barədə tövsiyələr verilir. Burada müsabiqə şərtləri, keçid balları və onların ixtisas seçimi üçün əhəmiyyəti, eyni zamanda elektron ixtisas seçimi ərizəsinin doldurulmasına aid məsləhətlər verilir. Kitabın sonrakı hissələrində qabiliyyət imtahanlarının keçirilməsi qaydaları, abituriyentlərin imtahan balları və ixtisas seçimi əsasında müsabiqə və yerləşdirmənin aparılması prosesi işıqlandırılır. Daha sonra apelyasiya aparılması qaydaları, ali təhsil müəssisələrinin boş qalan yerlərinə əlavə yerləşdirmə, tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə müsabiqənin keçirilməsi və nəhayət, kitabın sonunda tələbə qəbulu ilə bağlı abituriyentlər, valideynlər və bütövlükdə ictimaiyyət tərəfindən Komissiyaya tez-tez ünvanlanan səciyyəvi suallar və onlara mütəxəssislərin cavabları təqdim olunur. Bu kitabın ən önəmli cəhətlərindən biri onun olduqca sadə, canlı və anlaşıqlı bir dildə yazılmasıdır. Kitabı vərəqlədikcə oxucuda elə təəssürat yaranır ki, sanki müəllif onunla söhbət edir, ona maraqlı olan bütün məlumatları bitkin və aydın bir tərzdə izah edir. Bir sözlə, ?Abituriyentin bələdçisi? kitabı qəbula hazırlaşan hər bir abituriyent üçün həqiqi mənada bələdçi olacaq və qəbul kampaniyasının bütün mərhələlərini addım-addım, pillə-pillə onunla birgə keçəcək. Kitabla tanışlıq onlara qəbul prosesi barədə ətraflı biliyə yiyələnmək və bu biliklə imtahanda uğur qazanmağa yardımçı olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR