21-01-2017 [22:27]
"Bugünkü sərəncamla Azərbaycanda bu il minimum əməkhaqqı 116 manat səviyyəsində təsdiq olundu. Bu ötən illə müqayisədə 10,5 manat artım deməkdir. İllik inflyasiyanın hətta 12,4 faiz olduğunu nəzərə alsaq, ölkədə minimum əməkhaqqının ötən ilə müvafiq olaraq artım tempi inflyasiyanın sürətindən belə geri qalır".
Mia.az xəbər verir ki, bunu iqtisadçı ekspert Məhəmməd Talıblı minimum əməkhaqqının artırılmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hətta bu artımlarla belə Gürcüstandan ($125) və Ermənistandan ($115) geri qalırıq:
"Bəli, bu ölkələrlə müqayisədə ən aşağı səviyyədə minimum əməkhaqqı Azərbaycandadır.
Nəzərə alsaq ki, bizdə 116 manat $61 edir, yenə də bu hədd Cənubi Qafqaz respublikaları içərisində ən aşağı göstərici hesab olunur.Cənibi Qafqazın ÜDM-nin 75 faizini formalaşdıran Azərbaycanda minimum əməkhaqqının həmin ölkələrdən müvafiq olaraq 2 və 1.9 dəfə geri qalması, sadəcə biabırçılıqdır".
İqtisadçının sözlərinə görə, Azərbaycanda minimum əməkhaqqını 61 ABŞ dollar olduğunu nəzərə alsaq, bu, 24 iş günü üçün günə 2,5 dolların düşməsi deməkdir:
"Onu isə 8 saatlıq iş rejiminə böləndə 0,3 dollar və ya 30 sent edir. Deməli, minimum əməkhaqqı alan hər bir azərbaycanlının 1 saatda qazandığı vəsait cəmi 30 sentdir. Halbuki, Avropa Birliyinə daxil olan ölkələrində 1 saatlıq minimum əməkhaqqı səviyyəsi 9-16 dollar arası dəyişir.
Bu baxımdan həm region üzrə, həm də inkişaf etmiş ölkələr üzrə minimum əməkhaqqı səviyyəsi əhəmiyyətli sürətdə aşağıdır".
İqtisadçı sadalananları əsas gətirərək, bildirir ki, ölkədə iqtisadi rifah səviyyəsi yüksəlmir, vətəndaşların əməklərinin müqabilində gəlir əldə etmək imkanları ildən-ilə belə qalxmır:
"Bu, aylıq 61 dollarlıq səviyyəni Dünya Bankının yoxsulluq meyarları ilə müqayisə etsək, o zaman məlum olacaq ki, minimum səviyyədə əməkhaqqı alanlar yoxsul əhali qrupuna daxil olacaq. Bu isə ölkədə gəlir bərabərsizliyinin (Cini indeksi) daha da artdığını göstərir".
Mia.az
Paşinyan: "Delimitasiya prosesi mümkün qədər tez aparılmalıdır" - "Sərhəddə Müdafiə Nazirliyinin postları olmayacaq"
TFF-dən seçki açıqlaması: "İstəsələr belə, xeyri yoxdur" - "60 gündən tez seçki ola bilməz"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
FED yeni qərarını açıqladı
İsrail ordusu Nusayrat düşərgəsinə hücum edib - 1 ölü, 5 yaralı var
Lənkəran Regional Elmi Mərkəzində “Şəkinin ədəbi-mədəni mühiti və folklor” mövzusunda tədbir keçirilib - FOTOLAR
İşə düzəltmə və... - İcra başçısının adı sensasion məhkəmə işində hallandı: "134 mini və 20 min manatı ona verdim..."
Qazaxıstanda Azərbaycan və Ermənistan arasında danışıqları keçiriləcək - Tokayev anons verdi
Məhkəmə Qubad İbadoğlu haqqında daha bir qərar verdi
Prezident İlham Əliyev BMT Baş katibinin köməkçisini qəbul edib
Yeni nazirdən növbəti dəyişiklik - İdarə rəisi vəzifədən azad edildi, "İstintaq"ın rəis müavininə yüksək vəzifə verildi
Netanyahu yenə meydan oxudu: "Ora girəcəyik, başqa yolumuz yoxdur" - "Məhkəmənin qərarı bizim üçün yox hökmündədir"
Silahlı şəxs saxlanılıb - Hədə-qorxu gəldiyi üçün
Xankəndidə silah-sursat aşkarlanıb
Könül Mehtiyeva Avropa çempionatının finalına təyinat alıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu: İlham Əliyev çıxış edib (TAM MƏTN, FOTOLAR)
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Baş direktor, müavini və şöbə müdiri... - Səhiyyə sahəsində yeni əməliyyat olub, saxlanılanlar var (ADLAR, Yenilənib
Bakının Nizami rayonunda dərəbəylikdir - İcra Hakimiyyətindən xəbərə reaksiya (FOTOLAR, YENİLƏNİB)
Prezident İlham Əliyev Zuhair Əlhartini ilə görüşüb (Yenilənib)
Türkiyədə 1 Mayla bağlı gərginlik: aksiyaçılarla polis toqquşdu, yaralılar var - FOTOLAR
İYİ Partiyada təhvil-təslim oldu - Akşener siyasətlə vidalaşıb
Türkiyə ordusu İraqda daha iki terrorçunu zərərsizləşdirib
İlham Əliyev Rusiyanın Baş ravvinini qəbul edib -FOTO
İlham Əliyev TDT-yə üzv və müşahidəçi dövlətlərin dini rəhbərlərindən ibarət nümayəndə heyətini qəbul edib (Yenilənib)
Kəlbəcərdə qəza: Türkiyə vətəndaşı ölüb
Ceyhun Bayramov UNESCO rəsmisi ilə müzakirə aparıb
İsrail prezidenti Blinkendən məhkəmə işinə görə kömək istədi - Dövlət katibi isə HƏMAS-ı günahlandırdı
İordan çayının qərb sahilində daha 20 fələstinli həbs olunub
"Fənərbağça"nın bosniyalı ulduzu: "Çempionluqla bağlı basqılara tab gətirə bilmirəm"
Mərkəzi Bank uçot dərəcəsini azaltdı: kredit faizləri necə olacaq?
Nigar Rüstəmli yeni vəzifəyə təyin olunub
Milli Məclsin daha bir deputatının mandatına xitam verilir
Dövlət Komitəsinin məsul şəxsinin oğlu qandallandı - Sensasion əməlinə görə (Yenilənib)
Sabah hava necə olacaq? - Proqnoz
İstanbul su problemi təhlükəsindən xilas olub
Bakı Dövlət Universitetinin rektoru illik 94 minlik benzin alır - Xidməti maşını üçün
"Etibar Məmmədov aktiv siyasətə qayıdarsa..." - "İsa Qəmbər əslində Müsavat başqanlığından getməmişdi"
"Laf TV hakerlərin əlindədir" - Ləman Ələşrəfqızı
Hakkaridə kəndlər terrordan təmizlənib - 29 ilddən sonra kəndlərə geridönüş başlayıb