Görkəmli alim, tanınmız ictimai-siyasi xadim Qüdrət isaqovun 60 yazı tamam oldu

img

03-06-2010 [11:41]


2 iyun 2010-cu il tarixdə görkəmli fizik, Avropa Təbiət Elmləri Akademiyasının akademiki, fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaq oğlu İsaqovun 60 yaşı tamam oldu. Qüdrət İsaqov 1973-76-cı illərdə Azərbaycan Elmlər Akademiyası Fizika İnstitutunun aspirantı olub. 1976-84-cü illərdə Fizika İnstitutunda kiçik elmi işçi, 1984-92-ci illərdə isə böyük elmi işçi olmuşdur. 1992-93-cü illərdə Qüdrət İsaqov Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Strateji Proqramlar şöbəsində baş mütəxxəssis işləyib. Həmin dövrdə Azərbaycan elektroenergetika sənayesinin problemləri ilə məşğul olub. 1993-95-ci illərdə Qüdrət İsaqov Azərbaycan Ticarət-Sənaye Palatasının Təşkilat şöbəsinin rəisi olub. 1995-ci ildən indiyədək AMEA Fizika İnstitutunda işləyir. 2005-ci ildə Qüdrət İsaqov ?Yarımkeçirici-metal evtektik kompozisiyalarında elektron prosesləri? mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. 2005-ci ildə Qüdrət İsaqov Rusiyada nəşr olunan və redaksiya kollegiyasında Rusiya, ABŞ, Kanada, Böyük Britaniya, Fransa, Almaniya, İspaniya, Belçika, Polşa, İsrail, Türkiyə və s. kimi 40 ölkənin 120 nəfər dünya şöhrətli alimlərini birləşdirən Beynəlxalq Alternativ Energetika və Ekologiya jurnalı Baş Redaktorunun müavini təyin edilmişdir. Prof. Qüdrət İsaqov dünyanın nüfuzlu jurnallarında dərc edilmiş 100-dən çox elmi işin müəllifidir. 2007-ci ildə Qüdrət İsaqov Avropa Təbiət Elmləri Akademiyasının akademiki seçilmişdir, həmin akademiyanın Alternativ Energetika və Ekologiya Bölməsi sədrinin müavinidir. Elmin inkişafındakı böyük xidmətlərinə görə Avropa Təbiət Elmləri Akademiyasının Rentgen medalı ilə təltif olunub. Qüdrət İsaqov həm də ictimai-siyasi proseslərə aid yüzlərlə məqalələrin müəllifidir. 2008-ci ildə Qüdrət İsaqov Azərbaycan Respublikası Prezidentliyinə namizəd olub. Qüdrət İsaqovun əsas elmi nəticələri aşağıdakılardır: Dünyada ilk dəfə mürəkkəb sistem olan yarımkeçirici-metal evtektik kompozisiyalarında həm klassik, həm də kvant elektron proseslərinin mexanizmlərini aydınlaşdıraraq, kondensə olunmuş hal fizikası elmində yeni istiqamət yaratmış və aşağıdakı mühüm nəticələri almışdır: İlk dəfə yarimkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozrfson effekti tapılmışdır. Bu nəticə SSRİ Elmlər Akademiyasının Rəyasət Heyətinin qərarı ilə 1987-ci ildə təbiət və ictimai elmlər sahəsində Sovet elminin mühüm nəticələri sırasına daxil edilib. İlk dəfə yarimkeçirici-metal evtektik kompozisiyalarda klassik və kvant perkolyasiya hadisələri tapılmış və onların mexanizmləri aydınlaşdırılmışdır. İlk dəfə yarimkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda ifrat cərəyanın axması modeli yaradılmışdır. İlk dəfə diskret, sonlu və sonsuz Cozefson klasterlərinin fəza və energetik modelləri yaradılmışdır. İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyaları əsasında orijinal tenzorezistorlar yaradılmış, onların parametrlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirilmişdir. İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyalarında klassik və kvant effektlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirilmişdir. İlk dəfə yarımkeçirici-metal evtektik kompozisiyalarda yeni model yaradılmış, yükdaşıyıcıların anomal temperatur asılılıqlarını izah edən düstur tapılmışdır. İlk dəfə yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozefson effektinin parametrlərinin idarə olunmasının ümumi qanunauyğunluqları müəyyənləşdirilmişdir. İlk dəfə yarımkeçirici-ifratkeçirici evtektik kompozisiyalarda Cozefson şüalanmasının, Cozefson zəif əlaqələrinin və klasterlərinin ümumi sayını tapmağa imkan verən düstur tapılmışdır. Hidrogenləşdirilmiş silisium-germanium amorf bərk məhlulları əsasında yaradılmış strukturların Günəş elementləri üçün yararlı olduğu müəyyənləşdirilmişdir. Dünyanın nüfuzlu alimləri və elmi institutları Qüdrət İsaqovun elmi işlərinə yüksək rəsmi rəylər vermişlər.

Digər xəbərlər
SON XƏBƏRLƏR