Gənclərə erkən nigahların fəsadları haqda danızıldı

img

01-06-2010 [03:39]


Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Sülh Mədəniyyəti Naminə Gənclər İctimai Birliyinin (SMNG) maliyyə dəstəyi ilə ?Erkən nikahların törətdiyi fəsadlara dair maarifləndirici kampaniyaların təşkili? adlı layihə həyata keçirilib. Layihə çərçivəsində Şəki şəhərində, Zaqatala, Oğuz, Qəbələ və digər rayonlarda fəaliyyə göstərən gənc fəallar üçün təlimlər təşkil olunub. Təlimdə erkən, qeyri- rəsmi nigahlar və onların törətdiyi fəsadlar haqqında danışılıb, fikir mübadilələri aparılıb. Təlim zamanı ?Təmiz dünya? İctimai Birliyi tərəfindən təqdim edilmiş ?Günahkarlar yoxsa günahsızlar? filmi nümayiş etdirildi və bir sıra maraqlı kitabçalar paylanılıb. Təlimin sonunda 40 nəfər iştirakçılara sertifikatlar təqdim olundu.

Digər xəbərlər
SON XƏBƏRLƏR