?Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası? Beynəlxalq Sərgisi açılacaq

img

31-05-2010 [11:31]


Sabah Azərbaycanın paytaxtı Bakı şəhərində 17-ci ?Xəzər Neft, Qaz, Neftayırma və Neftkimyası? Beynəlxalq Sərgisi açılacaq. Sizi Xəzər regionunun neft sektorunun ən böyük hadisəsinə dəvət edirik. Sərgi ənənəvi olaraq, bütün dünyanın neft sənayesi liderlərini öz meydançasında bir araya gətirir. 17-ci ?Xəzər Neft və Qaz? sərgisində dünyanın 26 ölkəsindən 280 şirkətlər iştirak edir. İştirakçılar arasında Böyük Britaniya, BƏƏ, İtaliya və Rusiyanın milli qrupları da var. Bu il ilk dəfə olaraq, sərgidə Birləşmiş Ərəb Əmirliklərinin milli stendi də iştirak edəcək. Sərgi sahəsinin 40 faizdən çox hissəsi dünya miqyasında tanınmış görkəmli şirkətləri təşkil edir. Bu şirkətlərin əksəriyyəti ?Caspian Oil and Gas 2010? sərgisinin daimi iştirakçıları sayılır. Onların arasında BP, Inpex Corporation, OMV Gas&Power GmbH, Petkim Petrokimya Holding A.S., RWE DEA AG, Saipem, Schlumberger, Statoil, Total, Weatherford və bir çox digər şirkətlərin adları var. Bu il ilk dəfə olaraq, külək dəyirmanları, günəş batareyaları və s. müxtəlif ekoloji layihələri əhatə edən alternativ enerji sektoru sərginin xüsusi mövzusuna çevriləcəkdir. Təqdim olunan ekspozisiyalar üzrə bir çox sahələri əhatə edən və çoxtərəfli olan sərgi öz ziyarətçilərini yataqların hazırlanması və işlənməsi, dünyanın aparıcı istehsalçılarının qazma avadanlıqları və texnikalarının çatdırılması, neft və qazın nəqli, saxlanılması və emalı, habelə bir çox müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət və dövlət müəssisələri ilə tanış edəcək. Regionun ən nüfuzlu sərgisi ilk dəfə olaraq, fəalİyyətİnə yenicə başlayan Bakı Ekspo Mərkəzİndə keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR