?Xural? qəzetinin redaksiyasında ?juçok? tapıldı

img

26-05-2010 [06:55]


Bu gün ?Xural? qəzetinin redaksiyasında dinləmə qurğusu aşkar edilib. Müstəqil İnformasiya Agentliyinin xəbərinə görə, təxminən 2 ay bundan əvvəl qəzetin baş redaktoru Əvəz Zeynallıya Ümid Rartiyası sədrinin müavini, ?Bizim Gündəm? qəzetinin baş redaktoru Məhəmməd Ərsoy tərəfindən hədiyyə edilmiş stolüstü elektron saat elektrik xəttinə birləşdiriləndə qəribə səslər çıxarmış və qəzetin əməkdaşları saata birgə baxış keçirməyi qərara alıblar. Saata baxış keçirilərkən, onun içərisinə kustar üsullarla hazırlanmış dinləmə qurğusunun yerləşdirildiyi aşkarlanıb. Faktla bağlı Əvəz Zeynallı dərhal mətbuata və Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlova məlumat verib. Daha sonra isə işin təfsilatıyla araşdırılması üçün rəsmi qaydada DİN rəhbərliynə müraciət edib. Müraciətdə cihazın kim tərəfindən və nə məqsədlə redaksiyaya yerləşdirildiyinin araşdırılması və lazımi hüquqi tədbirlərin həyata keçirilməsi üçün Daxil İşlər naziri cənab Ramil Usubovdan məsələni diqqətdə saxlaması xahiş olunub. Müxtəlif mətbuat orqanları və agentlik əməkdaşlarının redaksiyaya və aşkarlanmış qurğuya keçirdikləri baxışdan sonra DİN mətbuat xidmətinin rəhbəri Sadiq Gözəlov baş redaktora zəng ədərək qurğunun DİN-ə, şəxsən ona təhvil verilməsini xahiş edib. Redaksiyaya baxış keçirən Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun əməkdaşları da avadanlığın məhz dinləmə qurğusu olduğunu təsdiqləyib və çəkiliş aparıblar. Qəzetin baş redaktoru Əvəz Zeynallı olayı özünə və qəzetin kollektivinə qarşı təxribat planının hazırlanması kimi qiymətləndirib: ?Biz hesab edirik ki, bu hadisə uzun müddətdir qəzetimizdə gedən yazıları dayandırmaq istiqamətində görülən bir əməliyyat işidir. İşin arxasında hansısa dövlət qurumu da ola bilər, dövlətdən kənar hansısa cinayətkar şəbəkə də, xarici kəşfiyyat da. Odur ki, biz məsələnin sonunadək getməyin və bu işin çözülməsinin tərəfdarıyıq. Ümid edirəm ki, Məhəmməd Ərsoy da ?hədiyyə?nin ona kim tərəfindən verildiyini, onu bu oyuna kimin saldığını açıqlayacaq. Xatırladım ki, bir müddət bundan əvvəl ?Xural? qəzetinə qarşı hazırlanan çirkin planların olduğu haqqında müxtəlif yazılar yazmış və bu haqda cəmiyyəti xəbərdar etmişdim?.

Digər xəbərlər
SON XƏBƏRLƏR