RUH AJMK ?KiV-in hüquqi tənzimlənmə mexanizmləri? mövzusunda təlim kursu keçirəcək

img

26-05-2010 [05:36]


Sabah ?RUH? Azərbaycan Jurnalistləri Müdafiə Komitəsinin Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə reallaşdır ?Jurnalist tədris mərkəzinin yaradılması və fəaliyyətinin təşkili? layihəsi çərçivəsində ?KİV-in hüquqi tənzimlənmə mexanizmləri? mövzusunda kurs keçiriləcək. Tədbirdə iştirakçılara KİV sahəsində dövlət siyasətinin əsas istiqamətləri, mediaya vergi və digər güzəştlərin tətbiqi, dövlət, ictimai və özəl KİV anlayışları, Azərbaycanda KİV təsisi və əldə edilməsi, xarici hüquqi və fiziki şəxslərə qoyulan məhdudiyyətlər, KİV və mülkiyyət hüququ, qərb ölkələrində KİV-ə güzəştlər və digər məsələlər barədə məlumat veriləcək Qeyd edək ki, ?RUH? AJMK-nın mövcud layihəsindən məqsəd jurnalist peşəkarlığının artırılmasına dəstək göstərilməsindən, bunun üçün xüsusi tədris proqramı əsasında fəaliyyət göstərəcək ayrıca mərkəzin formalaşdırılmasından, medianın nəzəri və praktik istiqamətlərinə dair kursların təşkilindən ibarətdir. Kursların təşkili nəticəsində KİV təmsilçilərinin media peşəkarlığının beynəlxalq müstəvidə təsadüf edilən norma və tələbləri ilə yaxından tanış etmək, onların müxtəlif sahələr üzrə ixtisaslaşmalarını həyata keçirmək, peşə prinsiplərinin pozulmasında müşahidə edilən neqativ halların aradan qaldırılmasına effektiv təsir göstərmək nəzərdə tutulur.

Digər xəbərlər
SON XƏBƏRLƏR