1 iyun Uzaqların Beynəlxalq Müdafiə Gününə həsr olunmuz ƏLiL UŞAQLAR üçüN AKSiYA keçirildi

img

25-05-2010 [02:49]


?NUR? Uşaq və Gənclər İctimai Birliyi ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyası çərçivəsində əlil və sağlamlıq imkanları məhdud olan uşaqların cəmiyyətə inteqrasiyasını təbliğ və təmin etmək məqsədilə mayın 23-də 8-15 yaşlı əlil uşaqlar üçün Bakı şəhərində ekskursiya təşkil eib. Müstəqil İnformasiya Agentliyinin xbərinə görə, əlil uşaqların ictimai tədbirlərə cəlb edilməsi xüsusi qayğıya ehtiyacı olan uşaqları cəmiyyətdən və yaşıdlarından təcrid olunmaqdan xilas edir, onlarda özünə inam hissi yaradır, sağlam uşaqlarda isə onlara qarşı tolerantlıq, mərhəmət, qayğı hisslərinin formalaşmasına səbəb olur. Əlil uşaqların və sağlam uşaqların iştirak etdiyi birgə tədbirlər onların sosial, intellektual və emosional inkişafının təmin edilməsinə, onların arasında ünsiyyətin asanlaşdırılmasına əvəzsiz tövhələr verir. 18 nəfər uşağın iştirak etdiyi ekskursiya Dənizkənarı Parkdan başladı və ekskursiyanın proqramına gəzinti, atraksionlar, oyunlar, şəhərdə nahar və müxtəlif əyləncə tədbirlər daxil idi. Daha sonra gəzinti ?İçərişəhər? Dövlət Tarix-Memarlıq Qoruğunda davam etdirildi. Günün sonunda ?NUR? Uşaq və Gənclər İctimai Birliyi tərəfindən uşaqlara hədiyyələr təqdim olundu. ?Hər bir uşağın hüququ var!? Milli Kampaniyası Azərbaycan Uşaqlarının I Forumunun Bəyannaməsindən irəli gələrək ?NUR? Uşaq və Gənclərin İctimai Birliyi tərəfindən başlanılmışdır. Kampaniyanın həyata keçirilməsində məqsəd uşaqların və eləcə də onları əhatə edən insanların uşaq hüquqlarına dair məlumatlılıq səviyyəsini yüksəltmək, uşaqların onların həyatları ilə bağlı təşəbbüskarlığını və iştirakını gücləndirmək, o cümlədən uşaqlara münasibətdə böyüklərin məsuliyyətini artırmaqdan ibarətdir. Kampaniya 1 il davam edəcək. *** "NUR" Uşaq və Gənclərin İctimai Birliyi uşaqların təşəbbüsü ilə 1999-cu ildə yaradılmış və 30 iyun 2003-cü il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmışdır. Təşkilatın başlıca missiyası uşaq və gənclərin sosial, iqtisadi, mədəni sahələrdə problemlərin həlli sahələrdə problemlərin həlli və onların maarifləndirməsidir. BMT-nin Baş Katibi Ban-Ki Mun, BMT Baş Assambleyanın Prezidenti Əli Əbdülsalam Treki, UNİCEF-in İcraçı Direktoru Anna Veneman, San Marinonun Xarici və Siyasi Məsələlər üzrə Katibi Antonella Mulorani iştirakı ilə 25 fevral 2010-cu il tarixdə Nyu-York şəhərində keçirilmiş təqdimat mərasimində ?NUR? UGİB San Marino ? UNİCEF Uşaq mükafatına layiq görülüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR