?Azercell? jurnalistlərə xurma yedizdirdi

img

22-05-2010 [01:39]


gn=left]2010/elmeddin.jpg[/libt] [b]Elməddin MURADLI[/b] Məhşur separatçı Ələkrəm Hümbətov, keçmiş daxili işlər naziri İsgəndər Həmidov və keçmiş müdafiə naziri Rəhim Qazıyevin həbsdə olan vaxtları idi. Biz ? bir qrup jurnalist də həftədə ən azı iki dəfə Qobustan qapalı həbsxanasına gedib, orada keçirilən məhkəmə proseslərində iştirak edirdik. Bizim indi ağzın açanda od püskürən bəzi hüquq müdafiəçiləri də o vaxt bizimlə həbsxanaya gedib gəlirdilər. Amma sonradan yoluldular və başladılar ancaq jurnalistlərin yazıları əsasında hesabatlar hazırlayıb beynəlxalq təşkilatlara ötürməyə. Bunun müqabilində isə təbii ki, on minlərlə dollar pul alırdılar. Bir gün həmin o hüquq müdafiəçiləri bizləri həvəsləndirmək üçün dedilər ki, axırda həmin qalmaqallı məhkəmə proseslərindən yazan jurnalistlər mükafatlandırılacaq. Bizim bəzi həmkarlarımız da daha fəal işləməyə başladılar. Nə isə, başınızı çox cırmaqlamayım, axırda məhkəmə başa çatdı, hökm oxundu, həmin bu hüquq müdafiəçiləri də bizi yığıb tədbir keçirdi ki, mükafat verəcəyik. Biz də ən azından diktofon gözləyirdik. Ancaq iş elə gətirdi ki, bu adamlar bizə bir quru kağız diplom və bir dənə də qızıl gül hədiyyə elədilər ki, çox sağolun, yaxşı işlədiniz, biz də sizdən yaxşı istifadə elədik. Nə etmək olardı, gülləri bir-birimizin başına vura-vura əzdik, diplomları da keçmiş ?Press-klub?dan çıxan kimi, oradakı qul bazarının sakinlərinə verib gəldik redaksiyamıza. Amma onlar qazandılar bizim hesabımıza. İndii ?Azercell? də keçən həftə bizim jurnalistləri buna bənzər bir yolla aldadıb, ya da məzələnib. Özü də çox gülməli formada. Əvvəlcədən elan olunmuş müsabiqə üzrə çox yazılar yazıldı. İnsafən, yazıların əksəriyyəti yaxşı idi. Amma ?Azercell? onların yalnız üçünü qiymətləndirdi. Əlbətdə, bu, normaldı. Adətən yazı müsabiqələri üç yer arasında bölünür. Bəzi hallarda müsabiqənin digər iştirakçılarına, yəni qalib gəlməyənlərə həvəsləndirici mükafatlar verilir. Amma bu ?Azercell?in həvəsləndirici mükafatı çox əvvəli romantik, axırı isə ağlamalı oldu. Çox yüksək zövqlə bəzədilmiş qutularda, özü də poçt vasitəsilə göndərilmiş hədiyyələrdən birinin açılması mərasimində mən də iştirak etdim. Mənə maraqlı idi. Çünki süni mesajlarla insanlar bir-birlərini o qədər tərifləyib başdan eləyirlər ki, indii poçtla gələn hədiyyənin, məktubun yerin heç nə əvəz eləmir. Adamın cavanlığı yadına düşür. Gizlincə məktub yazardıq qızlara, sonrada dost-tanışın qadasın alıb, başına dönərdik, pul, qonaqlıq vəd eləyib məktubu aparıb qıza çatdırmasını xahiş edərdik. O məktuba cavab gələnə kimi də canımız çıxardı. İndii ?Azercell?in jurnalistlərə qarşı belə bir romantik hərəkəti məni sevindirdi. İş yoldaşım hədiyyəni alan kimi, birinci mənə dedi ki, uzaq dur, sənə heç nə düşmür. Məndə kor-peşman gəlib oturdum yerimdə. Bu iş yoldaşım da başladı hədiyyəni açmağa, alnından sevinc təri axırdı, gözləri gülürdü. Birdən tər qurudu, sevinc kədərə döndü. Sən demə, bu qardaşımızın sevincinə səbəb olan hədiyyə qutusunun içində iki dənə balaca şokalad, iki dənə də xurma varmış. Dostumuz bəh-bəhlə ayağa qalxıb xurmanı böldü əvvəlcə. Sonra da şokoladları. Sonra da kor-peşman oturdu yerində. Mən o vaxt hələ heç nə deməmişdim ona. Amma indi yazını yazdıqca hiss edirəm ki, qıdığım gəlir. İş yoldaşım əvvəlcə bərk əsəbdəşsə də, sonradan biləndə ki, bu ?Azercell? yazı müsabiqəsində qalib gəlməyən bütün jurnalistlərə iki şokolad, iki dənə də xurma göndərib, sakitləşdi və güldü öz-özünə. Mən də qayıdıb dedim ki, ilin-günün bu vaxtında, may ayında, qanın qaynayan vaxtında adama da xurma göndərərlər? Orucluq ayı olsaydı, yenə deyərdik, bu şirkət insanların iki xurmayla iftar aça biləcəyini düşünüb və cəmi iki xurma göndərib. Amma indiki halda, ?Azercell? necə ki, indiki kimi 4 milyon abunəçisinə xurma yedizdirir, bu dəfə də jurnalistlərə iki qat artığın yedizdirdi. İndiyə kimi mətbuat bu şirkətin reklamına, ayda bir-iki dənə danışıq kartı göndərməsinə, ildə bir dəfə xarici ölkələrə səfərə aparmasına görə ?Azercell?in yanında başı aşağı olub, heç vaxt tənqid etməyib. Hansı ki, bu mobil aperator abenəçilərin başına oyun açır. Biz jurnalistləri konturla, reklamla susduran ?Azercell? axırı bir gün media əhlinə xurma da yedizdirməliydi. Bax, biz bunu əvvəldən görsək də, yaza bilməmişik?

Digər xəbərlər
SON XƏBƏRLƏR