Məzhur tele-jurnalist ilhamiyyə Rzayeva ?Space?ni məhkəməyə verib

img

18-05-2010 [03:08]


Uzun müddət ?Space? Müstəqil Tele Radio Şirkətində çalışmış məşhur jurnalist İlhamiyə Faiq qızı Rzayeva vaxtilə işlədiyi telekanalı məhkəməyə verib. Məsələ burasındadır ki, təxminən bir ay əvvəl o, ?Şəxsi həyata müdaxilənin qanunsuz sayılması? iddia ilə sözügedən telekanala qarşı Yasamal Rayon Məhkəməsində iddia qaldırıb. Lakin proses jurnalistin əleyhinə bitib. Yəni bu məhkəmə İlhamiyə xanımın tələbini yerinə yetirməyib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumata görə, jurnalist Yasamal Rayon Məhkəməsinin qərarından Bakı Apellyasiya Məhkəməsinə şikayət edib: ?Apellyasiya şikayəti 21 may 2010-cu il tarixdə saat 14.50-də hakim Məmməd Məmmədovun sədrliyi ilə araşdırılacaq?.

Digər xəbərlər
SON XƏBƏRLƏR