QHT Şurası Dağlıq Qarabağ münaqizəsilə bağlı təbliğat məsələlərini müzakirə edəcək

img

17-05-2010 [01:53]


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması məsələlərinə həsr olunmuş dəyirmi masa keçirir. MİA-nın xəbərinə görə, ekspertlər səviyyəsində keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsilə bağlı ölkəmizin ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Şuranın və qeyri-hökumət təşkilatlarının həyata keçirdiyi tədbirlər, bu yöndə işlərin cari vəziyyəti və perspektiv fəaliyyət imkanları müzakirə ediləcək. Dəyirmi masa 18 may 2010-cu il saat 15.00-da Şuranın ofisində keçiriləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR