?Qızıl Kürə? və ??Qızıl Buta? Beynəlxalq Mükafatları sahiblərinə verildi

img

15-05-2010 [12:35]


Bu gün ?Dünya Azərbaycanlıları? İctimai Mərkəzi və ?Avrasiya? Araşdırma İctimai Rəy Mərkəzi ?Excelsior? Hotelində ?Qızıl Kürə? və ?Qızıl Buta? Beynəlxalq Mükafatlarının təqdimetmə mərasimi keçirildi. Təqdimetmə mərasimində Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, general-mayor Novruzəli Orucov, millət vəkilləri Cavanşir Paşazadə, Gülər Əhmədova, Eldar Quliyev, Əhəd Əhmədov, ?Yeni Çağ? Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələsgər, ?Elçi? qəzetinin baş redaktoru Əli Həziquliyev, iş adamları və ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbiri giriş sözü ilə ?Dünya Azərbaycanlıları? İctimai Mərkəzinin sədri və ?Avrasiya? Araşdırma İctimai Rəy Mərkəzinin icraçı direktoru Zaur Mirzə açaraq hər iki təşkilat və mükafat barədə məlumat verdi. Daha sonra mükafatlar sahiblərinə təqdim olundu. Mükafatçılar arasında Türkiyənin Azərbaycandakı səfiri Hülusi Kılıç, general-mayor Novruzəli Orucov, millət vəkilləri Cavanşir Paşazadə, Gülər Əhmədova, Eldar Quliyev, Əhəd Əhmədov, ?Elçi? qəzetinin baş redaktoru Əli Həziquliyev, ?Həftə İçi? qəzetinin baş redaktoru Sevinc Seyidova, ?Akkord? Şirkətlər Qrupunun direktoru İlqar Hacıyev, ?Pakistanbank? var idi. Mükafatçılar arasında ?Yeni Çağ? Analitik İnformasiya Agentliyinin direktoru Aqil Ələsgər də var idi. A.Ələsgər uğurlu ictimai fəaliyyətinə görə, ?Qızıl Kürə? Beynəlxalq Mükafatına layiq görüldü. Qeyd edək ki, A.Ələsgər 2006-cı ildə dini dözümlülüyün inkişafındakı xidmətlərinə görə, ?Qızıl Buta? Beynəlxalq Mükafatına layiq görülmüşdü.

Digər xəbərlər
SON XƏBƏRLƏR