Gender problemi ilə bağlı 2-ci debat keçirildi

img

14-05-2010 [06:10]


Bakı Beynəlxalq Tələbə Klubu (BBTK) Dünya Bankı və Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi ?Gənclik - bərabər imkanlar? layihəsi çərçivəsində iki ali məktəbdə tələbə-gənclərin iştirakı ilə debat keçirilib. Gənclər və İdman Nazirliyinin, gənclərlə iş aparan QHT nümayəndələrinin qatıldığı ilk debat Azərbaycan Turizm İnstitutunda keçirilib. İkinci debat isə Xəzər Universitetində keçirilib. Debatda Xəzər Universiteti ilə yanaş Bakı Dövlət Universitetinin, Bakı Slavyan Universitetinin, Qərb Universitetinin, Azərbaycan Texniki Universitetinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin tələbələri də iştirak edib. Tədbiri Xəzər Universitetinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri Əlövsət Əmirbəyli açaraq layihənin əhəmiyyətindən, gənclərin bu problemin həllində rolundan danışıb. Tələbə-gənclərin iştirakı ilə keçirilən debatın moderatoru Şahin Seyidzadə olub. Debatda Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı, gender məsələləri üzrə tanınmış ekspertlər Xalisə Şahverdiyeva və Sevda Məmmədova iştirak edib. Debatda ?Azərbaycanda gender problemi? mövzusunda müzakirə aparılıb, mövzu ilə bağlı auditoriyanın və ekspertlərin fikirləri dinlənilib. Gənclərin, xüsusən qızların elmə, təhsilə daha çox maraq göstərməsi, müstəqil Azərbaycan dövlətinin quruculuğunda gənc oğlan və qızların rolunun artırılması istiqamətində söhbət aparılıb, bu məsələlərlə bağlı gəncliyi düşündürən suallar qonaqlar, təcrübəli ekspertlər tərəfindən cavablandırıb, irəli sürülən təkliflər toplanıb. BBTK-nin prezidenti və sözügedən layihəni rəhbəri Aysəba Mirzəyeva layihənin icra dövründə www.bisc-esn.org saytı hazırlanaraq istifadəyə verildiyini də dedi: ?Saytda layihə çərçivəsində keçirilən tədbirlərlə bağlı geniş məlumatlar əks olunub. Azərbaycan müstəqillik əldə etdikdən sonra hər zaman demokratik prosesləri, eyni zamanda gender bərabərliyi məsələsini inkişaf etdirməyə çalışmışdır. Bu gün Azərbaycanda qadınların müxtəlif orqanlarda təmsil olunması nəzərəçarpacaq dərəcədə artmışdır. Lakin bu sahədə böyük nailiyyətlər əldə olunsa da, hələ də cəmiyyətdə gender balansının qorunub saxlanması üçün müəyyən maarifləndirmə işlərinə, təbliğata ehtiyac var. Bu problemin həllində isə gənclər mühüm rol oynayırlar, çünki onlar gələcək nəsli təmsil edirlər?. Qeyd edək ki, BBTK indiyə qədər bir sıra layihələr həyata keçirib. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən 2007-ci il dekabrın 26-da rəsmi qeydiyyatdan keçən BBTK Pan Avropa Gənclər Təşkilatı Beynəlxalq Mübadilə - Erasmus Tələbələr Şəbəkəsinin (BM-ETŞ) üzvüdür. BBTK bundan əvvəl həyata keçirdiyi ?Geriyə Yurda Doğru - Azərbaycanda Qaçqın və Məcburi köçkün probleminə yeni yanaşma? layihəsində 17 əcnəbi tələbənin Azərbaycanın Füzuli, Ağdam, Tərtər və Goranboy bölgələrinə səfərini təşkil etmişdi. Bu səfər, eləcə də əcnəbi tələbələrin Azərbaycanın qədim Qarabağ yurduna 4 günlük səfər təəssüratlarının əks olunduğu ?Həqiqətlə üzbəüz? kitabının nəşri ictimaiyyət tərəfindən maraqla qarşılanıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR